Məhkəmə qərarları › İş №e-2(075)-1702/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1702/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1702/2023 06.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkinn Fikrət oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziayn tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 101,46 (yüz bir manat, qırx altı qəpik) manat ziyanın və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı “MAZ” markalı yük maşını xx.xx.2022- ci il tarixdə ünvan 1i ərazisində hərəkət edərkən İddiaçı Şimal-qərb regional filialının Şəki şöbəsinə məxsus Qayabaşı kənd EATS-nın X9 (HRX) asılmış kabellərinə ilişmişdir. Bunun nəticəsində 2 ədəd dirək yararsız hala düşmüş və nəticədə İddiaçı MMC-yə 101,46 manat məbləğində maddi ziyan vurulmuşdur. Şəki şöbəsinə məxsus 2 ədəd dirəyin yararsız hala düşməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Şəki şöbəsinin əməkdaşları, 55-BZ629 dövlət qeydiyyat nişanlı “MAZ” markalı yük maşınının sürücüsü Cavabdeh və 2 nəfər şahid tərəfindən akt tərtib edilmişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2023-cü il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi hər hansı tədbir görülməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, idarə etdiyi avtomobilin üzərinə saman yığaraq yaşadığı kəndə doğru gedərkən, kabel aşağıdan çəkildiyindən samanlar həmin kabelə ilişmişdir. Nəticədə kabel və iki ədəd dirək aşaraq yararsız hala düşmüşdür. Həmin hadisənin baş verməsi faktı ilə bağlı akt tərtib olunmuş və o da imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC məhkəməyə 28 avqust 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş dəymiş zərərin əvəzinin ödənilməsinin təmin olunması barədə 21 fevral 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixinde onun tərəfindən “MAZ” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə ot bağlamaları aparılarkən yükləmənin normadan artıq olması nəticəsində HRX-dəki kabellər zədələnməsə də 1 ədəd dirək aşmış, 1 ədəd direk əyilmişdir. Nəticədə, İddiaçı Şimal-Qərb regional filialının Qax şöbəsinə 101,46 (yüz bir manat qırx alti qepik) manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı şifahi müraciətlər edilməsina baxmayaraq, zərərin əvəzi bu günədək ödənilməmişdir. Vurulmuş 101,46 (yüz bir manat qırx altı qepik) manat məbləğində zərərin əvəzinin 5 (beş) gün müddətində ödənilməsini xahiş etmişlər. Əks təqdirdə dəymiş zərərin əvəzinin ödətdirilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə 31 iyul 2022-ci il tarixli aktdan görünür ki, 30 iyul 2022-ci il tarixdə, saat 21:20 radələrində ünvan 1i ərazisində istismarda olan kabel TPP-100 x 2, 30 x 2, 20 x 2, 10 x 2 və optik kabel avadanlıqlarının “MAZ” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük maşını hadisəsi nəticəsində sıradan çıxmışdır. Nəticədə, X9 2 (iki) ədəd dirək aşmışdır. İstiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da, sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, baş vermiş hadisə ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən törədilmişdir. Həmin aktı X1, X2, Cavabdeh, X4 və X3 öz imzaları ilə təsdiq etmişlər. Rabitə dirəyinin qurulması barədə 102-6200/7226-22 nömrəli yekun lokat smetasından görünür ki, Şəki rayonunun, Qayabaşı kəndində rabitə dirəyinin bərpası üçün 101.46 (yüz bir manat qırx altı qəpik) məbləğində pul xərclənmişdir. CD diskdə olan videogörüntü və iş materiallarında olan fotoşəkillərdən görünür ki, ünvan 1i ərazisində istismarda olan kabellər Cavabdeh tərəfindən “MAZ” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə ot bağlamaları aparılarkən sıradan çıxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh “MAZ” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərkən İddiaçı Şimal-qərb regional filialının Şəki şöbəsinə məxsus Qayabaşı kənd EATS-nın X9 (HRX) asılmış kabellərinə ilişmiş və nəticədə İddiaçı MMC-nə maddi zərər vurmuşdur. İddiaçıya dəymiş ziyan 101,46 (yüz bir manat qırx altı qepik) manat müəyyən edilmişdir. Buna görə də İddiaçı MMC-nə vurulmuş zərərin əvəzi, yəni 101,46 (yüz bir manat qırx altı qəpik) manat Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 101,46 (yüz bir manat, qırx altı qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 101,46 (yüz bir manat, qırx altı qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar