Məhkəmə qərarları › İş №e-2(075)-1706/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1706/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1706/2023 08.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********0322 saylı kredit müqaviləsi üzrə 547.69 (beş yüz qırx yeddi manat altmış doqquz qəpik) manat əsas, 4.78 (dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 552.47 (beş yüz əlli iki manat qırx yeddi qəpik) manat borcun; **********0332 saylı kredit müqaviləsi üzrə 1048.36 (min qırx səkkiz manat otuz altı qəpik) manat əsas, 7.77 (yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1056.13 (min əlli altı manat on üç qəpik) manat borcun və ödənilmiş 36.10 (otuz altı manat on qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" QBKT MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0322 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 887.46 (səkkiz yüz səksən yeddi manat qırx altı qəpik) manat; Həmçinin eyni tarixli, **********0332 saylı Güzəştli Kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 1453.58 (min dörd yüz əlli üç manat, əlli səkkiz qəpik) manat; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0322 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.74 (yetmiş dörd qəpik) manat, dörd il müddətində isə hər ay 18.87 (on səkkiz manat səksən yeddi qəpik) manat olmaqla və **********0332 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 1.21 (bir manat iyirmi bir qəpik) manat, dörd il müddətində isə hər ay 30.91 (otuz manat doxsan bir qəpik) manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, **********0322 saylı kredit müqaviləsi üzrə 547.69 (beş yüz qırx yeddi manat altmış doqquz qəpik) manat əsas, 4.78 (dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 552.47 (beş yüz əlli iki manat qırx yeddi qəpik) manat borc; **********0332 saylı kredit müqaviləsi üzrə 1048.36 (min qırx səkkiz manat otuz altı qəpik) manat əsas, 7.77 (yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1056.13 (min əlli altı manat on üç qəpik) manat borc və ödənilmiş 36.10 (otuz altı manat on qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh **********0322 saylı kredit müqaviləsi üzrə 547.69 (beş yüz qırx yeddi manat altmış doqquz qəpik) manat əsas, 4.78 (dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 552.47 (beş yüz əlli iki manat qırx yeddi qəpik) manat borc; **********0332 saylı kredit müqaviləsi üzrə 1048.36 (min qırx səkkiz manat otuz altı qəpik) manat əsas, 7.77 (yeddi manat yetmiş yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1056.13 (min əlli altı manat on üç qəpik) manat borc və ödənilmiş 36.10 (otuz altı manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 08 sentyabr 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 16:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 16:10-da qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar