Məhkəmə qərarları › İş №e-2(075)-1708/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1708/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1708/2022 13.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325330-1-23511 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləs”i üzrə xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 5191,74 manat məbləğində əsas borc, 450,53 manat məbləğində faiz borcu, 206,25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5848,52 manat borcun, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 325330-CNS-24285 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 5686,73 manat məbləğində əsas borc, 334,58 manat məbləğində faiz borcu, 126 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6147,31 manat borcun və ödənilmiş 126,39 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, “Bank ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 325330-1-23511 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləs”i bağlanılmış və illik 27 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5620 manat məbləğində kredit (müqavilənin 3.8-ci bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 325330-CNS-24285 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 16,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 6170 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə cavabdehin Banka, xx.xx.2021-ci il tarixli 325330-1-23511 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləs”i üzrə ümumilikdə 5848,52 manat məbləğində borcu, eləcə də xx.xx.2021-ci il tarixli, 325330-CNS-24285 saylı “Nağd pul krediti müqaviləsi” üzrə ümumilikdə 6147,31 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə 01 avqust 2022-ci il tarixdə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən onunla iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325330-1- 23511 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 5620 manat məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. İddianı 5191,74 manat məbləğində əsas borc, 450,53 manat məbləğində faiz borcu və 5686,73 manat məbləğində əsas borc, 334,58 manat məbləğində faiz borcunun tutulması hissəsində qəbul edir. 206,25 manat və 126 manat məbləğlərində cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit” müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 27 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5620 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 16,90 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6170 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 5620 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 6170 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyul 2022-ci il tarixli maaliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit” müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022ci il tarixinə 5191,74 manat məbləğində əsas borcu, 450,53 manat məbləğində faiz borcu və 206,25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5848,52 manat borcu vardır. Cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etəmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 iyul 2022-ci il tarixli maaliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixinə 5686,73 manat məbləğində əsas borcu, 334,58 manat məbləğində faiz borcu və 126 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6147,31 manat borcu vardır. Cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etəmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki "xxxx" ASC ilə Cavabdeh ilə arasında bağlanmış 22 iyun 2021-ci il tarixli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit” müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik illik 27 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 5620 manat məbləğində kredit verilmişdir. Bundan başqa 14 iyul 2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 16,90 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6170 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 22 iyun 2021-ci il tarixli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit” müqaviləsi üzrə hesablanmış 206,25 manat məbləğində cərimə borcunun və 14 iyul 2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə hesablanmış 126 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 325330-1-23511 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləs”i üzrə 5191,74 manat məbləğində əsas borc, 450,53 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu həmçinin xx.xx.2021-ci il tarixli, 325330-CNS-24285 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 5686,73 manat məbləğində əsas borc, 334,58 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və ödənilmiş 126,39 AZN dövlət rüsumu tutulmalıdır. Tənasübsüz dərəcədə yüksək hesablandığından 22 iyun 2021-ci il tarixli “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit” müqaviləsi üzrə hesablanmış 206,25 manat məbləğində cərimə borcunun 186,25 manatına dair hissəsi və 14 iyul 2021-ci il tarixli “Nağd pul krediti” müqaviləsi üzrə hesablanmış 126 manat məbləğində cərimə borcunun 116 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 325330-1-23511 saylı “Kredit Təşkilatlarında olan X1 üzrə Kredit Müqaviləs”i üzrə 5191,74 manat məbləğində əsas borc, 450,53 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, həmçinin xx.xx.2021-ci il tarixli, 325330-CNS-24285 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 5686,73 manat məbləğində əsas borc, 334,58 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və ödənilmiş 126,39 AZN dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar