Məhkəmə qərarları › İş №e-2(075)-171/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-171/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-171/2023 06.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqaviləyə əsasən 388.93 manat əsas, 641.52 manat faiz və 40 manat cərimə, 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 300 manat əsas, 660 manat faiz, 40 manat cərimə, LS0112213/14 saylı digər müqaviləyə əsasən 2605.08 manat əsas, 3548.11 manat faiz və 134.35 manat cərimə borcu olmaqla, cəmi 8357.99 manat borcun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqaviləyə əsasən bank ona 1000 manat, 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 150 manat və 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqaviləyə əsasən 30 aprel 2014-cü il tarixdə 3967 manat məbləğində kredit vermişdir. X2 banka 8357.99 manat borcu vardır. X6 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh, X4 qanuni vərəsəsidir. X6 tərəfindən vərəsəsinə qalan miras əmlak 14 oktyabr 2013-cü il tarixli, AC 132705 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **-BN-*** dövlət nömrə nişanlı, ban nömrəsi WBADD41050BT51998, mühərrik nömrəsi 25398781 olan 1997-ci il tarixdə istehsal olunmuş mərhum X5 məxsus BMW-523 minik avtomobilndən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X10, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, LS0112213/14 saylı müqvilə DK0207513/12D saylı müqavilə əsasında tərtib olunmuşdur. Hər üç müqavilə üzrə ödənişlər olmuşdur. BMW-523 minik avtomobilnin dəyəri ilə bağlı sübutları yoxdur, qiymətləndirilməini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, anası X1 İddiaçı ASC-dən kredit götürmüşdür. Lakin anası 2015-ci ildə dünyasını dəyişmişdir. Anası öləndən sonra onu banka çağırıb kreditlərin bağışlandığını demişlər. 2019-cu ildə və ondan sonra onu banka çağırmayıblar, restrukzisasiya təkli etməyiblər. Anasından ona kğhnə və nasaz vəziyyətdə BMW-523 minik avtomobili qalmışdır. Həmin avtomobili 500 manata satmışdır. İşləmir maddi imkanı yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqavilənin surətindən görünür ki, X5 “Bank of Baku" ASC tərəfindən 60 ay müddətinə, illik 36 faiz olmaqla 150 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqavilənin surətindən görünür ki, X5 “Bank of Baku" ASC tərəfindən 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, X4 qanuni vərəsəsidir və mərhum X3 vərəsəsinə qalan miras əmlak 14 oktyabr 2013-cü il tarixli, AC 132705 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **-BN-*** dövlət nömrə nişanlı, ban nömrəsi WBADD41050BT51998, mühərrik nömrəsi 25398781 olan 1997-ci il tarixdə istehsal olunmuş BMW-523 markalı minik avtomobilndən ibarətdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(075)-171/2023 saylı qərardadı ilə məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/4753-9/4756 nömrəli ekspert rəyindən görünür ki, X4 banka maliyyə arayışı müddətinə, yəni 03 noyabr 2022-ci il tarixə 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı müqavilə üzrə əsas borcu 390.23 manat, fazi borcu 898.09 manat; 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı müqavilə üzrə əsas borcu 300 manat, fazi borcu 958.27 manat təşkil edir. LS0112213/14 saylı müqavilə isə iş materiallarında olmadığından həmin müqavilə üzrə heç bir hesablama aparılmamışdır. BMW-523 markalı, 1997-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2017-ci il tarixə orta bazar qiyməti təxminən 11000 manat, hazırkı orta bazar qiyməti isə təxminən 9000 manat müəyyən olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ilə "Bank of Baku” ASC arasında bağlanmış 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsinə əsasən X5 bank tərəfindən 150 manat məbləğində kredit verilmişdir. Həmçinin 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsinə əsasən X5 bank tərəfindən 1000 manat məbləğində kredit verilmişdir. X6 31 iyul 2015-ci il tarixdə vəfat etmişdir. 18 yanvar 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X4 qanuni vərəsəsidir. İddiaçı ümumilikdə 8357.99 manat məbləğində borcun X4 vərəsəsi olan Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Cavabdeh mərhum X4 vərəsəsi olduğundan o, iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Avtomobilin dəyərinin ekspert rəyində göstərildiyi məbləğdə məhkəmə əsaslı hesab edir. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. AC 132705 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **-BN-*** dövlət nömrə nişanlı, ban nömrəsi WBADD41050BT51998, mühərrik nömrəsi 25398781 olan 1997-ci il tarixdə istehsal olunmuş BMW-523 minik avtomobiln nasaz vəziyyətdə olması ilə əlaqədar 500 manata satılmasına dair cavabdehin izahatına bununla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə tənqidi yanaşır və əsaslı hesab etmir. Lakin məhkəmə hesab edir ki, İddiaçı ASC 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 660 manat faiz, 40 manat cərimə və 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 641.52 manat faiz və 40 manat cərimə borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış qeyd edilən müqavilələr üzrə yaranış borc məbləğləri Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X4 İddiaçı ASC-yə olan kredit borcu iddiaçının da tələb etdiyi əsas məbləğlərə uyğun olaraq 300 manat və 388.93 manat müəyyən edilməklə, həmin məbləğin restrukturizasiya edilməsi lazım bilinmişdir. Həmin borc məbləğləri restrukturizasiya edilərək cavabdehlə yeni kredit müqaviləsi bağlanmasa da həmin məbləğə əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Bundan başqa iddiaçı, 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2605.08 manat əsas, 3548.11 manat faiz və 134.35 manat cərimə borcunun tutulmasını tələb edir ki, həmin hissədə də məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi iş materiallarına əlavə edilməsə də, iş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, X6 LS0112213/14 saylı kredit müqaviləsi üzrə mütəmadi ödənişlər etmişdir. Həmçinin preblemli kreditlərin kompensasiyası barədə arayışda da həmin kredit üzrə iddiaçının tələb etdiyi əsas məbləğin, yəni 2605.08 manatın restrukturizasiya edilməsi təklif edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, həmin məbləğə də əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 300 manat, 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 388.93 manat və 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə 2605.08 manat məbləğində kredit borcu olmaqla cəmi 3294.01 manat kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 91 manatı İddiaçı ASC-dən, 59 manatı isə Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 104 manat dövlət rüsumunun 41 manat hissəsi cavabdehə, 63 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 26 sentyabr 2012-ci il tarixli, DK0207513/12D saylı kredit müqaviləsi üzrə 300 manat, 05 mart 2014-cü il tarixli, BAL1542313/13 saylı kredit müqaviləsi üzrə 388.93 manat və 30 aprel 2014-cü il tarixli, LS0112213/14 saylı kredit müqaviləsi üzrə 2605.08 manat məbləğində kredit borcu olmaqla cəmi 3294.01 manat kredit borcu və 41 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 63 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 91 manatı İddiaçı ASCdən, 59 manatı isə Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar