Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1710/2024 29.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: «X2 Azərbaycan» QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80.40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X2 Azərbaycan» QSC məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Bank qarşısında yaranmış öhtəliyini icra etmişdir. Odur ki, Cavabdeh bank qarşısında yaranmış öhdəliyinin icra etməsi ilə əlaqədar, iddia ərizəsinin, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməli, iddia ərizəsi verilərkən iddiaçı «X2 Azərbaycan» QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : «X2 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. «X2 Azərbaycan» QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1710/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1710/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver