Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-172/2023 07.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı “Bank of Baku" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən 612.41 manat əsas, 1004.86 manat faiz, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən 95.06 manat əsas, 2.26 manat faiz olmaqla, 1714.59 manat borcun və ödənilmiş 38 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən bank ona 1000 manat, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən 150 manat məbləğində kredit vermişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu vardır. X7 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu, X4 qanuni vərəsələridirlər. X2 vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 noyabr 2010-cu il tarixdə X6 verilmiş **********09- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,0403 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 161.3 kv.metr evin mərhuma məxsus olan ½ hissəsindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X8, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh1 Məhərrəm oğlu və Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, sözügedən kredit müqavilələri üzrə atasının vəfatından sonra heç bir ödəniş edilmədiyini, bu səbəbdən də iddiaçı tərəfindən hazırkı iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyünü bildirərək, işə onların iştirakı olmadan baxılmasını, iddia müddəti tətbiq edilərək iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə caavbdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqavilənin surətindən görünür ki, X6 “Bank of Baku" ASC tərəfindən 150 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqavilənin surətindən görünür ki, X6 “Bank of Baku" ASC tərəfindən 500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı müqavilənin surətindən görünür ki, X7 ilə “Bank of Baku" ASC arasında bağlanmış 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə dəyişiklik edilərək kredit kartının limiti 1000 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 19 dekabr 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu, X4 qanuni vərəsələridirlər və X2 vərəsələrinə ünvan 1 ünvanda yerləşən 0,0403 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 161.3 kv.metr evin mərhuma məxsus olan ½ hissəsi miras qalmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 ilə "Bank of Baku” ASC arasında bağlanmış 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə və həmin müqaviləyə edilmiş 12 mart 2014-cü il tarixli, BAL1382513/13 saylı dəyişikliyə əsasən əsasən X6 bank tərəfindən 1000 manat, 22 noyabr 2013-cü il tarixli, DK0689913/13 saylı müqaviləyə əsasən isə 150 manat məbləğində kredit vermişdir. X7 26 iyul 2015-ci il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 1714.59 manat borcu qalmışdır. 19 dekabr 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlu, X4 qanuni vərəsələridirlər. İddiaçı qeyd edilən borc məbləğinin X4 vərəsələri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişlər. Məhkəmə, ilk növbədə iddia tələbinin BAL1382513/13 saylı müqavilə üzrə tələb edilən 612.41 manat əsas, 1004.86 manat faiz məbləğinə və cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bank tərəfindən X6 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 14 mart 2024-cü il tarixdə bitəcək. Ona görə də, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən iddia müddəti örürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh1 Məhərrəm oğlu və Cavabdeh2 mərhum X4 vərəsələri olduğundan onlar, iddiaçı bank qarşısında məsuliyyət daşıyırlar. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, İddiaçı ASC BAL1382513/13 saylı müqavilə üzrə 1004.86 manat faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X4 İddiaçı ASC-yə olan 612.41 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X7 26 iyul 2015-ci il tarixdə vəfat etdiyindən onunla bağlanmış müqavilə üzrə qalan borc məbləğinin restrukturizasiya edilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, BAL1382513/13 saylı müqavilə üzrə 612.41 manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 Məhərrəm oğlundan və Cavabdeh2 tutulmalıdır. Bundan başqa məhkəmə, DK0689913/13 saylı müqavilə üzrə tələb edilən 95.06 manat əsas, 2.26 manat faiz məbləğinə və cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbаycаn Respublikаsı Konstutsiyа Məhkəməsinin Plenimunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tаrixli qərаrınа əsаsən kredit münаsibətlərindən yаrаnаn məsələlərə Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsində nəzərdə tutulаn üç illik iddiа müddəti tətbiq edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. DK0689913/13 saylı müqavilənin məzmunundan görünüyü kimi həmin müqavilə üzrə kreditdən istifadə müddəti müqavilə imzalandığı 22 noyabr 2013-cü ildən etibarən 1804 gün, yəni 31 oktyabr 2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Bu qayda ilə hesabladıqda iddiçı tərəfindən hazırkı iddia ərizəsi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi DK0689913/13 saylı müqavilə üzrə 95.06 manat əsas, 2.26 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 22 noyabr 2013-ci il tarixli, BAL1382513/13 saylı müqaviləyə əsasən 612.41 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun 13.57 manat hissəsi cavabdehlərə, 24.43 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəm oğlundan 612.41 manat məbləğində kredit borcu və 13.57 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 24.43 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-172/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-172/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver