Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1733/2023 28.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə 1915,85 (min doqquz yüz on beş manat səksən beş qəpik) manat əsas, 3,80 (üç manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 1919,65 (bir min doqquz yüz on doqquz manat altmış beş qəpik) manat borcun və 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə 1620,35 (min altı yüz iyirmi manat otuz beş qəpik) manat əsas, 1.24 (bir manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1621,59 (min altı yüz iyirmi bir manat əlli doqquz qəpik) manat borcun və 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 28 sentyabr 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4353,7 (dörd min üç yüz əlli üç tam onda yeddi ) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 20 noyabr 2019-cu il tarixdə İddiaçı ASC-nin Şəki filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Həmin müqavilə üzrə zamin 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizlərivə əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, SKM- 0241/2_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 20-dən gec olmayaraq hər ay 92,56 (doxsan iki manat əlli altı qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1915,85 (bir min doqquz yüz on beş manat səksən beş qəpik) manat, faiz borcuna görə 3,80 (üç manat səksən qəpik) manat, cəmi 1919,65 (bir min doqquz yüz on doqquz manat altmış beş qəpik) manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4353,7 (dörd min üç yüz əlli manat yetmiş qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısındakı 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsinə əsasən verilmiş 1915,85 (min doqquz yüz on beş manat səksən beş qəpik) manat əsas, 3,80 (üç manat səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 1919,65 (bir min doqquz yüz on doqquz manat altmış beş qəpik) manat borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 4353,7 (dörd min üç yüz əlli üç manat yetmiş qəpik) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə 4353,7 (dörd min üç yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1620,35 (min altı yüz iyirmi manat otuz beş qəpik) manat əsas, 1.24 (bir manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1621,59 (min altı yüz iyirmi bir manat əlli doqquz qəpik) manat borc və 48 (qırx səkkiz) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1620,35 (min altı yüz iyirmi manat otuz beş qəpik) manat əsas, 1.24 (bir manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1621,59 (min altı yüz iyirmi bir manat əlli doqquz qəpik) manat borc və 48 (qırx səkkiz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1733/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1733/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver