Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1738/2023 28.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17384.62 manat əsas, 2732.37 manat faiz, 22.84 manat cərimə borcu olmaqla, cəmi 20139.83 manat borcun və 151 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 17 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmə baxış iclası bu günə, yəni 28 sentyabr 2023cü il tarixə, saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 28 sentyabr 2023-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 isə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını xahiş etmir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 151 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 151 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1738/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1738/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver