Məhkəmə qərarları › İş №e-2(075)-175/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-175/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-175/2023 10.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X7, Cavabdeh2 iştirakı ilə İddiaçı “Bank of Baku" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 07 yanvar 2013-cü il tarixli, LS0027613/13 saylı müqaviləyə əsasən 4471.67 manat əsas, 826.85 manat faiz və 220.58 manat cərimə, 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı müqaviləyə əsasən 455.27 manat əsas, 739.7 manat faiz və 40 manat cərimə və 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı müqaviləyə əsasən isə 150 manat əsas, 4.21 manat faiz və 120 manat cərimə borcu olmaqla, cəmi 7028.28 manat borcun və 91 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(075)-175/2023 saylı qərardadı ilə iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 07 yanvar 2013-cü il tarixli, LS0027613/13 saylı müqaviləyə əsasən 4471.67 manat əsas, 826.85 manat faiz və 220.58 manat cərimənin tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsi üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 ilə İddiaçı ASC arasında bağlanmış 07 yanvar 2013-cü il tarixli, LS0027613/13 saylı müqaviləyə əsasən bank ona 26 dekabr 2013 tarixdə 7556 manat, 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı müqaviləyə əsasən 500 manat və 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı müqaviləyə əsasən 150 manat məbləğində kredit vermişdir. X1 Banka 5519.1 manat borcu vardır. X8 25 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 X4 qanuni vərəsələridirlər. X8 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 07 avqust 2020 tarixdə X5 verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən daşınmaz əmlak mərhuma məxsus ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.49 hekter ümumi-birgə torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən, DTXK-nın Şəki rayon Torpaq şöbəsi tərəfindən 18 dekabr 2001-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN:0253, kod:40408028 olan dövlət aktına və DƏDRX-nin 15 avqust 2020-ci il tarixli, 477, 478, 479 və 480 nömrəli arayışlarına əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən ümumi sahəsi 3.51 hektar ümumi-birgə olan torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən və DTXK-nın Şəki rayon Torpaq şöbəsi tərəfindən 25 may 2005-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN:159B, Kod:40408028 olan şəhadətnamə və DƏDRX-nin 15 may 2020-ci il tarixli, 476 nömrəli arayışlarına əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən ümumi sahəsi 0.28 hektar ümumi-birgə olan torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər məhkəməyə ərizə təqdim edərək iddia müddətinin ötürüldüyünü, bu səbəbdən də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X9, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı müqavilənin surətindən görünür ki, X5 “Bank of Baku" ASC tərəfindən 150 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı müqavilənin surətindən görünür ki, X5 “Bank of Baku" ASC tərəfindən 500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 17 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 X4 qanuni vərəsələridir və mərhum X3 vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 07 avqust 2020 tarixdə X5 verilmiş **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən daşınmaz əmlak mərhuma məxsus ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.49 hekter ümumi-birgə torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən, DTXK-nın Şəki rayon Torpaq şöbəsi tərəfindən 18 dekabr 2001-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN:0253, kod:40408028 olan dövlət aktına və DƏDRX-nin 15 avqust 2020-ci il tarixli, 477, 478, 479 və 480 nömrəli arayışlarına əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən ümumi sahəsi 3.51 hektar ümumi-birgə olan torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən və DTXK-nın Şəki rayon Torpaq şöbəsi tərəfindən 25 may 2005-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN:159B, Kod:40408028 olan şəhadətnamə və DƏDRX-nin 15 may 2020-ci il tarixli, 476 nömrəli arayışlarına əsasən Şəki rayonu, Bideyiz kəndində yerləşən ümumi sahəsi 0.28 hektar ümumi-birgə olan torpaq sahəsinin mərhum X5 məxsus pay hissəsindən ibarətdir. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(075)-175/2023 saylı qərardadı ilə məhkəmə kompleks tikintitexniki və mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/2651-9/2863 nömrəli ekspert rəyindən görünür ki, Şəki rayonu, Bideyiz kəndi ərazisində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsinin 1/5 hissəsi 19.64 kv.m (98.2kv.m / 5), 1/4 hissəsi isə 24.55 kv.m təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin 1/5 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 6300 manat (19.64 kv.m x 322manat), 1/4 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7900 manat (24.55 kv.m x 322manat), həmin evin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsi 0.098ha (9.8sot), 1/4 hissəsi isə 0.1225ha (12.25sot) təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin 1/5 hissəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7100 manat (9.8sot x 725manat), 1/4 hissəsinin isə hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 8890 manat (12.25sot x 725manat) məbləğində müəyyən edilir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı kredit müqaviləsinə əsasən X5 bank tərəfindən 150 manat məbləğində kredit verilmişdir. Həmçinin 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı müqaviləyə əsasən X5 bank tərəfindən 500 manat məbləğində kredit verilmişdir. X8 25 aprel 2015-ci il tarixdə vəfat etmişdir. 17 avqust 2020ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 X4 qanuni vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mərhum X4 vərəsələri olduğundan onlar, iddiaçı bank qarşısında məsuliyyət daşıyırlar. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, İddiaçı ASC 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı kredit müqaviləsi üzrə 4.21 manat faiz, 120 manat cərimə və 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı kredit müqaviləsi üzrə 739.7 manat faiz, 40 manat cərimə borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X8 ilə İddiaçı ASC arasında bağlanmış qeyd edilən müqavilələr üzrə yaranış borc məbləğləri Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş preblemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X4 İddiaçı ASC-yə olan kredit borcu iddiaçının da tələb etdiyi əsas məbləğlərə uyğun olaraq 150 manat və 455.27 manat müəyyən edilməklə, həmin məbləğin restrukturizasiya edilməsi lazım bilinmişdir. Həmin borc məbləğləri restrukturizasiya edilərək cavabdehlə yeni kredit müqaviləsi bağlanmasa da, həmin məbləğə əlavə faiz və ya cərimə hesablanması yolverilməzdir. Cavabdehlərin məhkəməyə təqdim etdikləri iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə 17 avqust 2020-ci il tarixdə verilmişdir. İddiaçı isə məhkəməyə 05 noyabr 2022-ci tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin əvvəli şəhadətnamənin verildiyi gündən, yəni 17 avqust 2020-ci ildən hesablanmalıdır. Belə olan hal da isə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunmuş 3 illik iddia müddəti ötürülməmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 07 yanvar 2013-cü il tarixli, DK0356213/12 saylı kredit müqaviləsi üzrə 150 manat və 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı kredit müqaviləsi üzrə 455.27 manat məbləğində kredit borcu olmaqla cəmi 605.27 manat kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə kompleks tikinti-texniki və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 91 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehlərə, 61 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 07 yanvar 2013cü il tarixli, DK0356213/12 saylı kredit müqaviləsi üzrə 150 manat və 01 aprel 2013-cü il tarixli, BAL0893313/13 saylı kredit müqaviləsi üzrə 455.27 manat məbləğində kredit borcu olmaqla cəmi 605.27 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 61 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə kompleks tikinti-texniki və mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar