Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-178/2025 23.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İlk iddia tələbi üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, İlk iddia tələbi üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh 1200+500+1000+150+50+500=3400 manat dəymiş ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ilə İddiaçı iddiasi üzrə dövlət rüumunu tam ödəməsinə dair qərardad qəbul etməklə, barəsində qaldırmış olduğu hazırkı iddiasının əsasızlığı ilə rədd edilməsi, ona göstərdiyi hüquqi xidmətlər müqabilində, ona ödəmədiyi 1000 manatın İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Bunud kəndi ərazisində keçirilmiş Aqrar İslahatlar zamanı atasının qanuni istifadəsində olan torpaq sahələrinin özünə verilməməsindən narazı qalaraq məhkəməyə müraciət etmək yolu ilə həmin torpaqların atasının adına qeydə alınması və həmin torpaqlar barəsində onun vərəsəlik hüququnun həyata keçirilməsi qərarına gəlmişdir. Bunun üçün vəkillə danışıqlar aparmaq üçün vəkil axtarmağa başlamışdır. 2021-ci ilin dekabr ayında “Facebook” sosial şəbəkəsində hüquqşünas kimi Şəki şəhərində fəaliyyət göstərən Cavabdeh adlı şəxsin səhifəsinə rast gəlmişdir. Onunla telefon əlaqəsi saxlamışdır. O da ona vəkil olduğunu bildirmişdir. O, ona mübahisənin nədən ibarət olduğunu ətraflı danışdıqdan sonra, Mehdi isə lazımı sənədlərlə tanış olduqdan sonra işi məhkəmədə tam olaraq onun xeyrinə həll edəcəyinə, onun xeyrinə qərar qəbul ediləcəyinə, məhkəmələrdə şəxsən iştirak edəcəyinə və məhkəmələri udacağına onu inandırmış və bu barədə onunla şifahi müqavilə bağlamışdır. Onun bu sahədə heç bir bilgisi olmadığına görə ona tam inanmışdır. İşə başlamaq üçün Mehdiyə 2022-ci ilin yanvar ayında onun dəvəti ilə evinə gələrək ilkin olaraq 1200 manat vermişdir. Mehdi Şəki inzibati Məhkəməsinə iddia hazırlayaraq vermişdir. Məhkəmə işə baxmağa başladıqdan sonra Mehdi məhkəməyə gələrək arxada əyləşmiş və heç bir çıxış etməmiş, ümumiyyətlə danışmamışdır. Məhkəmədə iddianın rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, məhkəmə prosedurundan anlayışı olmadığından Mehdinin vəkil səlahiyyətlərinin olmadığını anlaya bilməmişdir. Mehdi ona narahat olmamağını bildirmiş və işi apellyasiya məhkəməsində onun xeyrinə həll edəcəyinə söz vermişdir. İşi apellyasiya məhkəməsinə vermək ərəfəsində Mehdi ondan oğlunu Moskvaya yola salmaq üçün 500 manat borca pul istəmişdir. Əslində həmin pulu işi apellyasiya məhkəməsinə vermək üçün almışdır. O, sonuncuya 500 manat pulu Bakıdan poçt vasitəsi ilə göndərmişdir. Mehdi işi Şəki Apellyasiya Məhkəməsinə vermişdir. Bundan sonra Bakı şəhərinə gələrək işin nazirlik vasitəsi ilə həll edilməsinə ehtiyac olduğunu bildirərək və bunun üçün 1000 manat pul istədiklərini deyərək, ondan 1000 manat pul istəyib almışdır. Daha sonra işə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiya məhkəməsində də, eynilə Mehdi heç bir çıxış etməmişdir. O, həmin vaxt onun hərəkətlərindən şübhələnib nə üçün çıxış etmədiyini soruşanda, bildirmişdir ki, belə lazımdır. Narahat olmağa dəyməz , hakimlər düzgün etmirlər. Ona görə də işi Ali Məhkəmədə 100 % udacaq. Beləliklə, işi Ali Məhkəməyə vermək üçün ondan yenidən 200 manat pul istəmişdir. O, ona 150 manat pulu poçt vasitəsi ilə Bakı şəhərindən göndərmişdir. İşə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Mehdi Ali Məhkəmədə iştirak etməmişdir. Daha sonra Mehdi işi başqa variantda həll edəcəyini bildirərək, işin yenidən Qəbələ Rayon Məhkəməsinə verilməli olduğunu bildirmiş və iddia ərizəsi hazırlayaraq Qəbələ Rayon Məhkəməsinə vermişdir. İş Qəbələ Rayon Məhkəməsinin icraatında olan zaman o, başqa bir vəkillə əlaqə saxlayıb məsələni ona danışmışdır. Həmin vəkil ona dərhal bildirmişdir ki, bu işin onun xeyrinə həlli yolu yoxdur. İddia məhkəməyə səhv verilmişdir. Digər məsələlərlə yanaşı həm də iddia müddəti 28 il bundan əvvəl buraxılmışdır. Həmin müddət bərpa edilə bilməz. Eyni zamanda vəkil ona bildirmişdir ki, Cavabdeh Vəkillər Kollegiyasının üzvü deyildir, həmçinin onun vəkillik səlahiyyəti yoxdur. Bu zaman başa düşmüşdür ki, Mehdi onu aldatmışdır. Müraciət etdiyi vəkilin məsləhəti ilə o, Qəbələ Rayon Məhkəməsinin icratında olan işi ərizə yazaraq geri götürmüşdür. İşi geri götürən zaman Mehdinin özünü də Qəbələ məhkəməsinə dəvət etmişdir. Şəkidən Qəbələyə gəlmək üçün Mehdi ondan yenidən 50 manat yol pulu istəyib almışdır. Daha sonra Mehdidən ona verdiyi pulları tələb etməyə başlamışam. Mehdi öz yalançı adətkarlığını bu halda da davam etdirərək, guya ondan pul almadığını, onun üçün ödənişsiz iş görmək istədiyini bildirmişdir. Halbuki, onunla əvvəldən heç bir tanışlığı olmamışdır. Mehdi onun pul vəsaitini ələ keçirmək məqsədi ilə, heç bir səlhiyyəti olmadığı halda, məhkəmədə vəkil işi görmək adı altında onu aldadaraq pul vəsaitini alaraq mənimsəmişdir. Bundan əlavə, onun Mehdiyə xərclədiyi pullar yalnız qeyd etdiyi məbləğlərlə yekunlaşmamışdır. Belə ki, 12-13 dəfə Mehdi tərəfindən əsassız təşkil edilmiş məhkəmə iclaslarına gedib-gəlmişdir ki, hər dəfə 200 manatdək, təqribən 1200 manat civarında pul xərcləmişdir. Bundan başqa, Mehdinin verdiyi vədlərə və onun şirin sözlərinə inanaraq onun ailəsi və özü üçün hədiyyə qismində aldığı əşyalara 500-600 manat pul xərcləmişdir. Mehdinin özünə verdiyi qonaqlıqlara isə 400-500 manat pul xərcləmişdir. Lakin bu xərclərin dəqiq məbləğini göstərə bilmədiyinə görə tələb edə bilmir. Bundan başqa, Mehdi ona vurduğu zərəri ödəməkdən imtina etdikdən sonra məcbur olub polisə müraciət etmişdir. Bununla əlaqədar 5 dəfə Bakıdan Şəki Polis İdarəsinə gedib-gəlməyə məcbur olmuşdur. Hər dəfə gedib-gələndə 200 mantadək pul xərcləmişdir. Şəki Polis İdarəsi tərəfindən işin mülki xarakterli olduğu göstərilərək xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə ona göndərilmişdir. Bundan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İşin hallarından görünən odur ki, Mehdi özünün səlahiyyətləri barədə və görüləcək işin qanuni olubolmaması barədə ona yanlış informasiya verdiyinə görə o, ona inanıb bu xidməti ona etibar etmişdir. Sonda isə məlum olmuşdur ki, onun həmin işi görmək üçün həm rəsmi səlahiyyətləri yoxdur, həm də kifayət qədər savadı yoxdur. Buna baxmayaraq bu işdə səlahiyyətli olduğu barədə onu aldatmışdır. Bu səbəblərdən göstərdiyi xidmət qüsurlu və nəticəsiz olmuşdur. İşdə səlahiyyətsiz olduğu halda, işi kifayət qədər keyfiyyətli görə bilmədiyi halda pul vəsaitini ələ keçirərək onu əmlakından (pulundan) məhrum etmişdir. Məhkəməyə hazırkı iddianı vermək üçün vəkillə müqavilə bağlamışdır. Həmin müqavilə üzrə hüquqi yardıma görə vəkilə 500 manat pul ödəmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə, ilk iddia ilə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh xx.xx.1952-ci il tarixində Qəbələ rayonunun Bunud kəndində doğulmuş, faktiki Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 1/2, mənzil 101də yaşayan, İddiaçı Mabid oğlu ona, 2021-ci ilin yanvar ayında sosial şəbəkələr (facebook - messenger) vasitəsi ilə müraciət edərək, qohumları ilə onun arasında torpaq mübahisəsinin olması haqda məlumat vermiş və mübahisənin həlli ilə bağlı ona hüquqi yardım etməyini xahiş etmişdir. Onun məsləhətlərini aldıqdan 1 il sonra o, təkrar müraciət etmiş və məlum olmuşdur ki, o, qeyd edilən 1 il müddətində 2 dəfə, həm öz və həm də bacısı Qəbələ rayon Bunud kənd sakini X1 adından Qəbələ Rayon Məhkəməsində iddia qaldırmış və hər 2 işi uduzmuşdur (iş: 2(025)-814/2021*xx.xx.2021 və iş 2(025)- 96/2021*xx.xx.2021*). Onun tərtibatı ilə, xx.xx.2022-ci il tarixdə İddiaçı Mabid oğlu, Şəki İnzibati Məhkəməsində (hakim: F.İsmayılzadə), DƏDKRX PHŞ-nin, 9 saylı Qəbələ Əİ-nə qarşı, torpaqla bağlı mübahisə üzrə iddia qaldırmış və həmin məhkəmənin 2-1(116)- 1068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddia mümkün sayılmamışdır. Onun tərtibatı ilə qərardaddan şikayət, Şəki Apellyasiya Məhkəməsinin 2-1(l07)-155/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir, (hakimlər: V.Məlikov (məruzəçi), R.Rəfiyev və G.Cavadova). Apellyasiya Məhkəməsi qərardadından şikayət, Ali Məhkəmənin 2-1(102)-1495/2022 saylı, xx.xx.2022-ci il tarixli, qərarı ilə rədd edilmişdir, (hakimlər: N.Rəsulbəyova (məruzəçi), İ.Hüseynov və K.Bədəlov). Ali Məhkəmənin qərarı verilməzdən əvvəl, İddiaçı Mabid oğlunun bacısı, Qəbələ rayonu, Vəndam kəndində yaşayan, xx.xx.1964-cü il doğumlu, X3 (ş/v: aze nq 16065340, fin: 35ZABW4) onun tərtibatı ilə, İddiaçı Mabid oğluna qarşı, xx.xx.2022-ci il tarixində Qəbələ Rayon Məhkəməsinə (hakim: E.İsayev) “vərəsəlik hüququ üzrə” iddia vermiş və məhkəmə İddianın - “baxılmamış saxlanılması”na dair qərardad (iş 2(025)-1227/2022*xx.xx.2022) qəbul etmişdir. Məsələlərin araşdırılması zamanı, aydın olmuşdur ki, İddiaçı, Qəbələ rayonu üzrə torpaq islahatları keçirilən zaman, Qəbələ rayonu Bunud kənd İcra Nümayəndəsinə notarial qaydada “Baş Etibarnamə” vermiş və o da öz növbəsində, hazırkı iş üzrə iddiaçının adından uyğun bütün sənədlərə, onun əvəzindən imza atmışdır. Bu arada, İddiaçı dəfələrlə zəng edərək, məhkəmə uğursuzluğunda onu günahkar hesab etməsi ilə hədələmiş, sosial şəbəkələrdə onu biabır edəcəyini və başına oyun açacağını bildirmişdir. Onun axır vaxtlar onun hərzə-hədəyanlarını cavabsız qoyduğu ilə o, daimi yaşadığı evə gəlmiş və “məhkəmə qərarını mən yox, hakim qəbul edir” - cavabını almışdır. xx.xx.2023-cü il tarixində, İddiaçı, mərhum qardaşının oğlu X2 çəkdiyi dəmir lövhə və dəmir tordan ibarət hasarı aşıraraq, sonuncuya maddi ziyan vurmaqla, İXM-nin 232-1-ci maddəsinə uyğun inzibati xəta törətmiş və bu haqda MN № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol əsasında, Qəbələ Rayon Məhkəməsinin (hakim: A.Əliyev), 3(025)-313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı, inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun inzibati xəta nəticəsində vurduğu ziyana görə cərimə edilməsi qərara alınmışdır. Qeyd edilənlərdən sonra, İddiaçı, “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru, ağsaqqal jurnalist Xəlil Qarahəmədova (tel: +994-50-527-42-98) hansısa yollarla müraciət etmiş, yalanları ilə onu aldatmış və onu, Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki Elnur Həsənovun qəbuluna barəsində (etmədiyi əmələ görə) “Cinayət işi”nin başladılmasına nail olmuşdur ki, həmin işin sonunda, Şəki ŞRPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli, HK-1/2268-23 saylı qərarı ilə, cinayət işinin başladılmasının rədd edilməsi qərara alınmışdır. Sonradan aldadıldığını başa düşən, Xəlil Qarəhmədov ona zəng edərək, İddiaçı “dəyyus” adlandırmaqla, səhv olaraq Şəki ŞRPŞnin rəisinin qəbuluna gəlməsini demiş və İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq, ona lazım olan köməyi göstərməsini təklif etmişdir ki, o, etmədiyi əmələ köməkliyin lazım olmamasını bildirmişdir. Məsələnin kökündə, onun İddiaçı 500 manat pul almağıdır ki, qeyd edilən məbləğin 150 manatı, qeyd edilən Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 155/2022 saylı, qərardadından, Ali Məhkəməyə kassasiya şikayətinin verilməsi üçün, qanunun tələbi olan, Şəki Regional Vəkil Bürosundan order alınması üçün sərf edilmişdir. Belə ki, zamanında yaşadığı maddi sıxıntılar səbəbindən, övladının 2022-ci ilin yanvarında Rusiya Federasiyasında, təhsilini davam etdirə bilməsi üçün, təyyarə biletinə çatışmayan 500 manatını, İddiaçı istəmiş və o da, 500 manat vermişdir. Həm də axı onun məhkəmə işlərində ona etdiyi xidmətlər müqabilində ona, pul ödəməli idi ki, o, bunu etməyib. Hazırkı işdə İddiaçı ondan, həyasızcasına 3400 manat tələb edir ki, bu pulu o, heç vaxt ona verməyib. Belə ki, onun mərhum qardaşının oğlu X2 çəkdiyi dəmir lövhə və dəmir tordan ibarət hasarı aşıraraq, sonuncuya maddi ziyan vurması faktı da, özünə aid olmayanları, kimlərinsə hesabına qazanmaq niyyətinin bariz sübutudur. (Qəbələ Rayon Məhkəməsi Qərardad, iş 3(025)-313/2023*xx.xx.2023). Bundan başqa, bütün qeyd edilən işlər üzrə, ancaq 3 dəfə məhkəmə iclasına çağrılmasına və ancaq 3 dəfə məhkəmə iclaslarında iştirakına (o, bütün iclaslarda onun yanında olmuşdur) rəğmən, iddiaçı iddiasında qeyd edir ki, 12-13 dəfə məhkəmə iclasına çağırılıb. İclaslara çağrılması və onun məhkəmə iclaslarında neçə dəfə iştirakı faktını, məhkəmə iclas protokolları sübut edir. Ancaq bu fakt, iddiaçının baş vermiş hadisələrin, ən azından 10 dəfə şişirtməyə meyilliyinin sübutudur ki, onun ödədiyi məbləğdə də, belə şişirtməyə yol verməklə, haqsız olduğu işin uduzulmasında, heç olmasa hirsini, acığını ondan nəsə qoparmaqla əvəzləmək istəyir. İddiaçı ona, özünü vəkil kimi təqdim etməyini, ancaq onunla sosial şəbəkələr vasitəsi ilə tanış olduğunu qeyd edir. Halbuki, sosial şəbəkələrdə qeydiyyatda olan heç bir səhifəsində, özünü vəkil kimi təqdim etməyinə dair təsdiqedici məlumat yoxdur və ola da bilməz. Ona məxsus səhifələrdə “fərdi hüquq məsləhətxanası” qeydi mövcuddur ki, iddiaçı bu faktla bağlı düzgün olmayan məlumatı verir. Belə ki, elə ilk tanışlıqlarında ona vəkil olmadığını, ancaq sənədləşmə və tərtibat işlərində pullu yardım göstərdiyini bildirmişdir. Bundan əlavə, İddiaçı öz iddiasında qeyd edir ki, ona və ailə üzvlərinə hədiyyələr alıb, ona qonaqlıqlar verib, onunsa bu hədiyyələrdən nə əcəbsə xəbəri yoxdur. İddiaçı özünün, mömin (Hacı) şəxsiyyət olması və ziyarətləri haqqında nağıllar danışır. Onun Kəbəyə, Ərəbistana ancaq “turist səfəri”nə getməsini bildirir. Mömün yalanlarla olmayan əməl barəsində, iddia irəli sürməz. Mömün, avtoritetli adamları yalanları ilə aldadaraq, onlardan öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etməz. İddiaçı Mabid oğluna göstərdiyi xidmətlərin xidmət haqqı 2000 manatdan yuxarıdır. Bütün qeyd edilənlərdən başqa, İddiaçı, hazırkı iş üzrə qaldırdığı iddia üzrə, dövlət rüsumunu yarımçıq ödəməsi faktı da, onun hansı dərəcədə və hansı üsullarla pul ödənişi həyat keçirməsinin bariz sübutudur. Beləliklə, - iddiaçı özgəyə məxsus əmlaka göz dikir, avtoriteti olan adamları aldatmaqla, onlardan öz çirkin niyyətlərinə nail olmaq arzusundadır, istənilən xidməti pulsuz əldə etmək iştahasındadır və faktların şişirdilməsi ilə məşğuldur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia tələbinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş materiallarında olan poçt vasitəsilə göndərilən məbləğləri qəbul edir, lakin əlavə olaraq ona ilkin iddiaçı tərəfindən hər hansı pul ödənilməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 500 manat pul göndərilmişdir. - xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 145 manat pul göndərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-17/2-52426/2025 saylı məktubundan görünür ki, Cavabdeh ********** VÖEN ilə xx.xx.2008-ci il tarixdə vergi uçotuna alınmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2075-ci il tarixədək təqdim etdiyi arayışlara əsasən fəaliyyəti dayandırılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdən büdcəyə hər hansı vergi ödənişləri olmamışdır. - xx.xx.2024-cü il tarixli 478414 nömrəli mədaxil qəbzindən görünür ki, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 500 manat ödəniş həyata keçirilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən 54,60 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İlk iddia tələbi üzrə iddiaçı iddia tələbini belə əsaslandırır ki, ona hüquqi yardım lazım olduğu üçün “facebook” sosial şəbəkəsi vasitəsilə Cavabdehla tanış olmuş, Cavabdeh özünü ona vəkil kimi təqdim etmiş, onun hüquqi problemlərinin həll edilməsi üçün ona söz vermişdir. O, Cavabdeh müxtəlif tarixlərdə pullar vermişdir. Həmin məbləğlərin bəziləri rəsmi olsa da, bir çoxu əlbəəl verilmişdir. İlk iddia tələbi üzrə cavabdeh isə ilkin iddia ərizəsini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı tərəfindən ona oğlunun bilet pulu üçün 500 manat pul verilmişdir. Digər poçt vasitəsilə ödənilən məbləği də qəbul edir. Lakin, İddiaçı ona göstərdiyi hüquqi xidmətin əvəzini tam olaraq ödəməmiş, ona 1000 manat borcu qalmaqdadır. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və müqaviləyə əsasən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ilk iddia tələbi üzrə iddiaçıya hüquqi yardım göstərilməsi barədə razılıq əldə edilmişdir. Lakin ilk iddia tələbi üzrə cavabdeh tərəfindən hüquqi yardım göstərilməmişdir. Bu hallara əsasən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 779.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İlk iddia tələbi üzrə cavabdeh tərəfindən məhkəməyə bir sıra məhkəmə qərarları təqdim edilmişdir ki, ilk iddia tələbi üzrə cavabdeh həmin qərarların onun yazdığı iddia ərizələri və şikayətlər əsasında qəbul edildiyini bildirərək, ilk iddia tələbi üzrə iddiaçıya söz verdiyi hüquqi yardımı göstərdiyini iddia edir. Məhkəmənin sorğusuna əsasən ilk iddia tələbi üzrə cavabdehin vergi orqanlarında qeydiyyata alınıb-alınmaması barədə məlumat əldə edilmiş və məlum olmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınsa da xx.xx.2024-cü il tarixdə fəaliyyətini dayandırmış, onun tərəfindən xx.xx.2021-ci il tarixdən büdcəyə hər hansı vergi ödənişi olmamışdır. Beləliklə, məhkəmə tərəfindən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi müəyyən edilməmişdir. Belə olan halda ilk iddia tələbi üzrə iddiaçı tərəfindən rəsmi qaydada ödənilmiş 500 manat və 145 manat pul ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddia tələbi üzrə iddiaçıya ödənilməli, ilkin iddia tələbi qalan hissədə hər hansı sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi qarşılıqlı iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi müəyyən edilmədiyindən 1000 manat pulun tutulması barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə, hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddia tələbi üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, MPM-in 121.1-ci maddəsinə əsasən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilən məbləğin 300 manatı ilk iddia tələbi üzrə cavabdehdən tutularaq ilk iddia tələbi üzrə iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia tələbi üzrə Cavabdeh 645 (altı yüz qırx beş) manat pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 300 (üç yüz) manat hüquqi yardım xərci tutularaq ilk iddia tələbi üzrə İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev