Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1782/2024 22.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14747.01 (on dörd min yeddi yüz qırx yeddi manat bir qəpik) manat əsas məbləğ üzrə borc, 1317.41 (bir min üç yüz on yeddi manat qırx bir qəpik) manat faiz borcu, 250.94 (iki yüz əlli manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 16315.36 (on altı min üç yüz on beş manat otuz altı qəpik ) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 138.94 (yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 296317 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 15425 (on beş min dörd yüz iyirmi beş) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 16% (on altı) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 296317 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 (otuz altı) ay müddətinə illik faiz dərəcəsi 16% (on altı) faiz olmaqla 15425 (on beş min dörd yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli, 296317 saylı kredit müqaviləsinə əsasən götürdüyü 15425 (on beş min dörd yüz iyirmi beş) manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 (otuz altı) ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, 296317 saylı kredit müqaviləsinə əsasən 14747.01 (on dörd min yeddi yüz qırx yeddi manat bir qəpik) manat əsas məbləğ üzrə borc, 1317.41 (bir min üç yüz on yeddi manat qırx bir qəpik) manat faiz borcu, 250.94 (iki yüz əlli manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 16315.36 (on altı min üç yüz on beş manat otuz altı qəpik ) manat məbləğində kredit borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 296317 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15425 (on beş min dörd yüz iyirmi beş) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, 01 aprel 2023-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 743.1, 743.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 296317 saylı kredit müqaviləsinə əsasən 14747.01 (on dörd min yeddi yüz qırx yeddi manat bir qəpik) manat əsas məbləğ üzrə borc, 1317.41 (bir min üç yüz on yeddi manat qırx bir qəpik) manat faiz borcu, 250.94 (iki yüz əlli manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 16315.36 (on altı min üç yüz on beş manat otuz altı qəpik ) manat məbləğində kredit borcu və ödənilmiş 138.94 (yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 14747.01 (on dörd min yeddi yüz qırx yeddi manat bir qəpik) manat əsas məbləğ üzrə borc, 1317.41 (bir min üç yüz on yeddi manat qırx bir qəpik) manat faiz borcu, 250.94 (iki yüz əlli manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 16315.36 (on altı min üç yüz on beş manat otuz altı qəpik ) manat məbləğində kredit borcu və ödənilmiş 138.94 (yüz otuz səkkiz manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1782/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1782/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver