Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1785/2022 04.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, (Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı) və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23500 (iyirmi üç min beş yüz) manat miqdarında pul vəsaiti və ödənilmiş 161 (yüz altmış bir) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı izahat verərək göstərmişdir ki, onun əvvəllər Cavabdeh ilə tanışlığı olmamışdır. Sonradan cavabdehlə aralarında qohumluq münasibətləri yaranmışdır. Bildirmişdir ki, Cavabdeh onunla tanış olduqdan sonra ona müraciət edərək 23500 manat pula ehtiyacı olduğunu bildirmiş, ilk öncə 27 dekabr 2021-ci il tarixdə qaytarmaq şərti ilə ona 23500 manat borc verməyini xahiş etmişdir. Cavabdeh ondan borc pul alan zaman həmin pula çörək sexi açmaq istədiyini bildirmişdir. O, Cavabdeh xahişini və qohumluğunu nəzərə alaraq, cavabdehə 23500 manat pulu borc olaraq vermişdir. Sonradan cavabdeh 27 dekabr 2021-ci il tarixdə ona qaytarmalı olduğu borcunu qaytarmamış, həmin borc məbləğini 25 iyul 2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Göstərmişdir ki, 26 iyul 2022-ci il tarixdə o, Cavabdeh müraciət edərək, ona olan 23500 manat borcunu qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirsə də, hər dəfə Cavabdeh bəhanə gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Göründüyü kimi, cavabdeh ona olan borcunu könüllü olaraq qaytarmaq istəmir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil da İddiaçı izahatına oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 05 may 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 26 noyabr 2021-ci il tarixdə İddiaçı 23500 manat borc pul almışdır. Götürdüyü 23500 manat borc pulu 26 iyul 2022-ci il tarixində qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün İddiaçı 23500 (iyirmi üç min beş yüz) manat borc pul götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı 23500 (iyirmi üç min beş yüz) manat pulu 26 iyul 2022-ci il tarixində qaytaracağı barədə qəbz yazsa da, borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişdir. Buna görə də məhkəmə cavabdeh tərəfindən iddiaçıya 23500 manat pulun alınması və 26 iyul 2022-ci müddətinə iddiaçıya qaytarılması barədə yazmış olduğu qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə pul müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul pul verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, pul müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 23500 (iyirmi üç min beş yüz) manat pul və 161 (yüz altmış bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 23500 (iyirmi üç min beş yüz) manat pul və 161 (yüz altmış bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1785/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1785/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver