Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1787/2025 17.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 19.660,26 (on doqquz min altı yüz altmış ABŞ dolları iyirmi altı sent) ABŞ dolları - bundan 8.133,68 (səkkiz min bir yüz otuz üç ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları əsas, 3.255,21 (üç min iki yüz əlli beş ABŞ dolları iyirmi bir sent) ABŞ dolları faiz, 7.092,78 (yeddi min doxsan iki ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.178,59 (bir min bir yüz yetmiş səkkiz ABŞ dolları əlli doqquz sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 190,27 (bir yüz doxsan manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması məqsədi” ilə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10.000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “əsas vəsaitin artırılması məqsədi” ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 210007325/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 01 nömrəli Əlavə saziş bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditorun Borcalana 10.000 (on min) ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 8.987,78 (səkkiz min doqquz yüz səksən yeddi ABŞ dolları 78 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin kredit müqaviləsinə 08 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 15.238,1 (on beş min iki yüz otuz səkkiz ABŞ dolları 1 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9.424,58 (doqquz min dörd yüz iyirmi dörd ABŞ dolları 58 sent) ABŞ dolları əsas borc, 5.098,78 (beş min doxsan səkkiz ABŞ dolları 78 sent) ABŞ dolları faiz borcu və 714,74 (yeddi yüz on dörd ABŞ dolları 74 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-M-41-6094/2025 saylı xx.xx.2025-ci il tarixli və 12-5/2-M-41-7262/2025 saylı 02 may 2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 19.660,26 (on doqquz min altı yüz altmış ABŞ dolları iyirmi altı sent) ABŞ dolları təşkil edir. Bundan 8.133,68 (səkkiz min bir yüz otuz üç ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları əsas, 3.255,21 (üç min iki yüz əlli beş ABŞ dolları iyirmi bir sent) ABŞ dolları faiz, 7.092,78 (yeddi min doxsan iki ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.178,59 (bir min bir yüz yetmiş səkkiz ABŞ dolları əlli doqquz sent) ABŞ dolları faiz borcu təşkil edir. Şəki Rayon Məhkəməsinin 2(075)-1787/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadına əsasən İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə iddia tələbinə Cavabdeh1 pulun tutulması hissəsində xitam verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında imzalanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik faiz dərəcəsi 25 faiz olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verməyi cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdələrinə götürmüşlər. - İddiaçı ASC (kredit verən) ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsinə əsasən öhdəliklərin təminatı olaraq Cavabdeh3 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. - ********* saylı 29 oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditor borcalana 10000 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 8987,78 USD təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. - ********* saylı 29 oktyabr 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditor borcalana 10000 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 8987,78 USD təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. - ********* saylı 29 oktyabr 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditor borcalana 10000 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 8987,78 USD təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. - ********* saylı 29 oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9424,58 (doqquz min dörd yüz iyirmi dörd ABŞ dolları yetmiş səkkiz sent) USD borc, 5098,78 (beş min doxsan səkkiz ABŞ dolları yetmiş səkkiz sent) USD faiz vorcu və 714,74 (yeddi yüz on dörd ABŞ dolları yetmiş dörd sent) USD cərimə borcu təşkil edir. - ********* saylı 29 oktyabr 2014-cü il tarixli Zaminlik Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9424,58 (doqquz min dörd yüz iyirmi dörd ABŞ dolları yetmiş səkkiz sent) USD borc, 5098,78 (beş min doxsan səkkiz ABŞ dolları yetmiş səkkiz sent) USD faiz vorcu və 714,74 (yeddi yüz on dörd ABŞ dolları yetmiş dörd sent) USD cərimə borcu təşkil edir. - ********* saylı 29 oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9424,58 (doqquz min dörd yüz iyirmi dörd ABŞ dolları yetmiş səkkiz sent) USD borc, 5098,78 (beş min doxsan səkkiz ABŞ dolları yetmiş səkkiz sent) USD faiz vorcu və 714,74 (yeddi yüz on dörd ABŞ dolları yetmiş dörd sent) USD cərimə borcu təşkil edir. - ********* saylı 29 oktyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 9424,58 (doqquz min dörd yüz iyirmi dörd ABŞ dolları yetmiş səkkiz sent) USD borc, 5098,78 (beş min doxsan səkkiz ABŞ dolları yetmiş səkkiz sent) USD faiz vorcu və 714,74 (yeddi yüz on dörd ABŞ dolları yetmiş dörd sent) USD cərimə borcu təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4457 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014cü il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 "xxxx" ASC olan borcu 08 iyun 2022-ci il tarixə müqavilənin bitdiyi tarixə 8101.98 ABŞ dolları əsas borc, 1958.88 ABŞ dolları faiz borcu, 30 may 2025-ci il tarixə maliyyə arayışı tarixinə 8101.98 ABŞ dolları əsas borc,1958.88 ABŞ dolları faiz borcu, 1156.78 ABŞ dolları faiz borcu üzrə (5%lə) müəyyən edilir. Qeyd edilir ki, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmadı. - 17 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 16 aprel 2025-ci il tarixinə yaranmış 8133.68 USD məbləğində əsas borc, 3255.21 USD məbləğində faiz borcu, 7092.78 USD cərimə borcu, 1178.59 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu təşkil edir. - xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə ödəniş planından görünür ki, kreditin son ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehlərdən 8133.68 USD məbləğində əsas borc, 3255.21 USD məbləğində faiz borcu, 7092.78 USD cərimə borcu, 1178.59 USD gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 19660.26 USD borc məbləğinin banka qaytarılması tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli **********18 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 190.27 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqavilələri xx.xx.2015-ci il tarixdə bağlanmış, xx.xx.2014-cü il tarixli ********* saylı Kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin təminatı kimi bağlandığı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Çünki cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə kredit müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda kredit müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci saylı zaminlik müqavilələrində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2022-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq məhkəmə hesab edir ki, zaminliyə xitam verilmiş və cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı tələb irəli sürülməsi əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı LPO İddiaçı ASC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1787/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1787/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver