Məhkəmə qərarları › İş №e-2(075)-1795/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1795/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1795/2025 18.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X7 arasında bağlanmış 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə 416,98 manat əsas borc, 34,77 manat cərimə borcu olmaqla, cəmi 451,75 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun vərəsəsi - Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən ona 500 manat məbləğində kredit verilmişdir. X7 25 oktyabr 2016-cı il tarixində vəfat etmişdir. Şəki rayon 2 saylı notariat kontorunun verdiyi şəhadətnaməyə əsasən Cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək iddiaçı “Bank of Baku ASC ilə X7 arasında bağlanmış 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə 416,98 manat əsas borc, 34,77 manat cərimə borcu olmaqla, cəmi 451,75 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun ondan - Cavabdeh alınaraq iddiaçı “Bank of Baku ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ondan 05 iyul 2013-cü il tarixində mərhum atası X6 Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə yaranmış borcu tələb etmişdir. X1 25 oktyabr 2016-cı ildə vəfat etmişdir. Plastik kartı üzrə kredit xətti müqaviləsinə görə 31 iyul 2016-cı il tarixədək 5000 manat bərpa olunan kredit xətti açılmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat təşkil etmişdir. İddiaçı olan bank, atasının vəfatından və müqavilənin sonundan 9 il, vərəsəlik işinin açılmasından təxminən 7 il sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Ona görə də hazırki iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddiaçı “Bank of Baku ASC-nin ona qarşı "pul" tələbinə dair iddiasının iddia müddəti ötürüldüyündən təmin edilməməsi, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış, 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsi barədə onun ailə üzvləri, eyni zamanda Cavabdeh məlumatlı olmuşlar. Mərhumun ailə üzvlərinin bundan xəbərdar olmaması inandırıcı deyildir. Bu səbəbdən, Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə qalan borc məbləğinin X1nun vərəsəsi Cavabdeh tərəfindən ödənilməsi əsaslıdır. İddia müddətinin ötürülməsi məsələsi ilə bağlı bildirmişdir ki, Cavabdeh vərəsəliyi qəbul etməsinə dair məlumat gec əldə olunmuşdur. Bu səbəbdən, iddia müddətinin ötürülməsi faktı ilə razılaşmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Bank of Baku ASC ilə X7 arasında bağlanmış 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, X6 31 iyul 2016-cı il tarixədək 5000 manat bərpa olunan kredit xətti açılmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat təşkil etmişdir. 31 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan X4 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə 416,98 manat əsas, 34,77 manat cərimə borcu vardır. X6 məxsus AZ82JBBK**********0BL1216113 saylı bank hesabından 25 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, 05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixindən sonra ödəniş həyata keçirilməmişdir. Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş, 2V-395 reyestr nömrəli, 11 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 25 oktyabr 2016-cı ildə vəfat etmiş X4 vərəsəsi Cavabdeh miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2017-ci il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən, xx.xx.2016-cı ildə ölmüş X6, xx.xx.2012-ci ildə ölmüş X5 və xx.xx.2008-ci ildə ölmüş X2 verilmiş **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,0587 ha ümumi birgə olan torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 78 kv/m daşınmaz əmlakın mərhumlara məxsus pay hissəsindən ibarətdir. 13 iyun 2025-ci il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı bankla X1 arasında plastik kartı üzrə kredit xətti müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. X7 25 oktyabr 2016-cı il tarixində vəfat etmişdir. Lakin, mərhumun Banka ödənilməmiş kredit borcu qalmışdır. Onun vəfatından sonra miras qalmış əmlaka cavabdehin miras payı müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti X1nun vərəsəsinə qarşı iddia qaldıraraq cavabdehdən müqavilə üzrə yaranmış borcun tutulmasını tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı bank olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında 31 iyul 2016-cı il tarixədək bağlanmış Plastik kartı üzrə Kredit xətti müqaviləsinə görə 5000 manat bərpa olunan kredit xətti açılmış, kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ 500 manat təşkil etmişdir. X1 25 oktyabr 2016-cı ildə vəfat etmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 31 iyul 2016-cı il tarixədək olmuşdur. İş materiallarında olan bank hesabından çıxarışdan görünür ki, sözügedən kredit müqaviləsi xx.xx.2015-ci il tarixindən sonra ödəniş həyata keçirilməmişdir. Şəki rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-395 reyestr nömrəli, 11 iyul 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. İddiaçı bank isə mərhumun vərəsəsinə qarşı xx.xx.2025-ci il tarixində mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmalı və iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 30 (yüz on səkkiz) AZN məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “05 iyul 2013-cü il tarixli, BAL1216113/13 saylı Plastik kartı üzrə kredit xətti müqaviləsinə əsasən 416,98 manat əsas borc, 34,77 manat cərimə borcu olmaqla cəmi 451,75 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar