Məhkəmə qərarları › İş №e-2(075)-1798/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1798/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1798/2024 07.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 5962.87 manat əsas borc, 486.93 manat faiz borcu, 104.79 manat dəbbə borcu, ümumilikdə 6554.59 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 86 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi və Cavabdeh özünə məxsus çəkisi 10.05 qram, əyarı 585, təyin edilmiş qiyməti 1269.41 AZN olan 1 cüt sırğaya, çəkisi 16.56 qram, əyarı 750, təyin edilmiş qiyməti 2681.64 AZN olan 2 ədəd üzüyə, çəkisi 35.75 qram, əyarı 750, təyin edilmiş qiyməti 5789.15 AZN olan 1 ədəd qolbağa, çəkisi 18.53 qram, əyarı 750, təyin edilmiş qiyməti 3000.65 AZN olan 1 ədəd sep klona tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin girov ilə təmin edilmiş kredit borcunun girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 6200 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh özünə məxsus çəkisi 10.05 qram, əyarı 585, təyin edilmiş qiyməti 1269.41 AZN olan 1 cüt sırğa, çəkisi 16.56 qram, əyarı 750, təyin edilmiş qiyməti 2681.64 AZN olan 2 ədəd üzük, çəkisi 35.75 qram, əyarı 750, təyin edilmiş qiyməti 5789.15 AZN olan 1 ədəd qolbaq, çəkisi 18.53 qram, əyarı 750, təyin edilmiş qiyməti 3000.65 AZN olan 1 ədəd sep klon girova qoymuşdur. xx.xx.2023-cü il tarixində Bank "xxxx" ASC ilə Cavabdeh arasında “Qızıl əşyalarının qiymətləndirilməsi və Banka girov qoyulması üzrə” Akt imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, ayda 30 manat olmaqla kredit borcunu ödəyə bilər. Kreditlərini hər zaman vaxtlı-vaxtında ödəmişdir. Gələcəkdə daha yüksək məbləğdə ödəniş edəcək. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 6200 (altı min iki yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilədə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən borcalan kreditin və/və ya ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirildikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək ödənilməsi gecikdirilmiş məbləğin 0,5 faizi məbləğində gündəlik cərimə hesablanır. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 6200 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. - İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QKG-00381-16/23A saylı girov müqaviləsinə əsasən Cavabdeh ona məxsus çəkisi 10.05 qram, əyarı 585 olan 1 cüt sırğa, çəkisi 16.56 qram, əyarı 750 olan 2 ədəd üzük, çəkisi 35.75 qram, əyarı 750 olan 1 ədəd qolbağ, çəkisi 18.53 qram, əyarı 750 olan 1 ədəd sep klon girov qoyulmuşdur. - xx.xx.2024-cü il tarixli, QKG-00381-16/23A saylı girov müqaviləsinə əsasən qızıl əşyalarının qiymətləndirilməsi və banka girov qoyulması üzrə aktdan görünür ki, cavabdehə məxsus çəkisi 10.05 qram, əyarı 585 olan 1 cüt sırğanın bazar dəyəri 1269.41 AZN, çəkisi 16.56 qram, əyarı 750 olan 2 ədəd üzüyün bazar dəyəri 2681,64 AZN, çəkisi 35.75 qram, əyarı 750 olan 1 ədəd qolbağın bazar dəyəri 5789,15 AZN, çəkisi 18.53 qram, əyarı 750 olan 1 ədəd sep klonun bazar dəyəri 3000,65 manat müəyyən edilmiş və banka təhvil verilmişdir. - İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli SD-2024/2376 saylı bildirişdən görünür ki, iddiaçı 5962,87 manat əsas, 486,93 manat faiz borcu, 104,79 manat dəbbə borcu, ümumilikdə 6554,59 manat borcunun ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, FM-03517-16/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Bank "xxxx" ASC-yə 5962,87 manat əsas, 486,93 manat faiz borcu, 104,79 manat dəbbə borcu, ümumilikdə 6554,59 manat məbləğində borcu mövcuddur. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, idiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 86 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 6200 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, QK-00381- 16/23A saylı girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh özünə məxsus çəkisi 10.05 qram, əyarı 585, təyin edilmiş qiyməti 1269.41 AZN olan 1 cüt sırğa, çəkisi 16.56 qram, əyarı 750, təyin edilmiş qiyməti 2681.64 AZN olan 2 ədəd üzük, çəkisi 35.75 qram, əyarı 750, təyin edilmiş qiyməti 5789.15 AZN olan 1 ədəd qolbaq, çəkisi 18.53 qram, əyarı 750, təyin edilmiş qiyməti 3000.65 AZN olan 1 ədəd sep klon girova qoymuşdur. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirməmişdr. Cavabdeh öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və girov müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini lazmi qaydada yerinə yetirməməsi iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmasına səbəb olmuşdur. Məhkəmə işin hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin girov predmetinə yönəldilməsi və həmin vəsait borcun ödənilməsinə yetərli olmazsa qalan məbləğin cavabdehdən tutulması hissəsində təmin edilməlidir. 104,79 manat cərimə məbləğinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 50 manat manat məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət 85 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, QK-00381-16/23A saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh 5962,87 (beş min doqquz yüz altmış iki manat, səksən yeddi qəpik) manat əsas, 486,93 (dörd yüz səksən altı manat, doxsan üç qəpik) manat faiz borcu, 50 (əlli) manat dəbbə borcu, ümumilikdə 6499,80 (altı min dörd yüz doxsan doqquz manat, səksən qəpik) pul, 85 (səksən beş) manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş çəkisi 10.05 qram, əyarı 585, təyin edilmiş qiyməti 1269.41 AZN olan 1 cüt sırğaya, çəkisi 16.56 qram, əyarı 750, təyin edilmiş qiyməti 2681.64 AZN olan 2 ədəd üzüyə, çəkisi 35.75 qram, əyarı 750, təyin edilmiş qiyməti 5789.15 AZN olan 1 ədəd qolbağa, çəkisi 18.53 qram, əyarı 750, təyin edilmiş qiyməti 3000.65 AZN olan 1 ədəd sep klona yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə qalmış 6499,80 (altı min dörd yüz doxsan doqquz manat, səksən qəpik) manat borc ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğ Cavabdeh tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar