Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1803/2022 05.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının İddiaçı oğlu, Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində 1963-cü il tarixdə və 1989-cu il tarixdə inşa edilmiş fərdi yaşayış evlərinə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ölçü işlərinin aparılması ilə bağlı yaradılmış manelərin aradan qaldırılması və Cavabdeh həmin hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, JN-590A nömrəli KOD 40406018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquqlarını müdafiə etdiyi şəxs Şəki rayonu Baş Göynük kənd sakini İddiaçı oğluna, həmin aktda adı olan Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar islahat komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində İddiaçı tərəfindən 1963 və 1989-cu illərdə iki fərdi yaşayış evi tikdirilmişdir. Birinci ev iddiaçı tərəfindən 1963cü il tarixdə tikilmiş və həmin evdə hazırki iş üzrə cavabdeh olan iddiaçının oğlu Cavabdeh oğlu yaşayır. İkinci ev isə iddiaçı tərəfindən 1989-cu il tarixdə tikilmiş, həmin evdə özü və qızı Nəsibə ailəsi ilə birlikdə yaşayırlar. Bildirmişdir ki, İddiaçı oğlunun həyat yoldaşı Rəşidova Alagöz Mirzəbala qızı 03 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə müracit etmişdir. Həmin idarənin əməkdaşları qeyd edilən torpaq sahəsində ölçü işləri aparmaq istəsələr də, Cavabdeh oğlu həmin əməkdaşlara ölçü işlərinin aparmalarına imkan verməmişdir. Bu səbəbdən mühəndislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinin 09 iyul 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, təqdim olunan sənədlərə əsasən fərdi yaşayış üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan sonra həmin idarənin 06 avqust 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ərizənizin icrası mümkün olmamışdır. Həmin idarənin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubları ilə eyni məzmunda cavablar verilmişdir. Göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 28 iyun 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində 1963-cü il tarixdə və 1989-cu il tarixdə inşa edilmiş fərdi yaşayış evlərinə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmiş, lakin təqdim edilmiş ərizənin icrasını təmin etmək məqsədi ilə 12 saylı Şəki ərazi idarəsinin mütəxəssisələrinə sözügedən ünvanda yerləşən daşınmaz əmlaklara dair müayinə işlərinin aparılmasına iddiaçının oğlu tərəfindən imkan verilməmişdir. Torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evlərinə yerində baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə müvafiq şərait yaradılacağı təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Göründüyü kimi Cavabdeh İddiaçı tərəfindən 1963-cü il və 1989-cu ildə inşa edilmiş fərdi yaşayış evlərinə çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssislərinə ölçü işlərinin aparmalarına maneə yaradır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, JN-590A nömrəli KOD 40406018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən atası İddiaçı oğluna və digər ailə üzvləri olan Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar islahat komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində hazırda iki fərdi yaşayış evi mövcuddur. Həmin evlərdən biri 1963-cü ildə nənəsi tərəfindən tikdirilmiş və hazırda həmin evdə o özü ailəsi ilə birlikdə yaşayır. Həmçinin həmin torpaq sahəsində 1989-cu ildə atası, anası və onun özü tərəfindən də ikinci bir fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə isə atası yaşayır. Bildirmişdir ki, atası həmin fərdi yaşayış evlərinə Dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. 2022-ci ilin əvvəllərindən başlayaraq DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları bir neçə dəfə onların həyətinə gələrək ordada ölçü işləri aparmaq istəmişlər. Lakin həmin əməkdaşlar pandemiya dövründə maskasız olaraq həyətə daxil olduğundan onları həyətdən qovmuş və ölçü işləri aparılmasına mane olmuşdur. Hazırda DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işləri aparılmasına və müvafiq qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. İşdə olan JN – 590A, KOD 40406018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə X4, X2 və X3 0.25 ha torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 oktyabr 2017-ci il tarixli, AZ-İ 899359 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 03 oktyabr 2017-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 09 iyul 2021-ci il tarixli, **********34 nömrəli bildirişindən görünür ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən fərdi yaşayış üzərində çöl ölçmə işlərinin aparılması üçün ərazi idarəsinin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən, ərizənin qanunvericilikdə müəyyən olunmuş müddət ərizində icrası mümkün olmamış və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 avqust 2021ci il tarixli, **********79 nömrəli bildirişindən görünür ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müayinə ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmış, lakin dayandırma müddətində səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, **********39 nömrəli bildirişindən görünür ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 30 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müayinə ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 14 oktyabr 2021ci il tarixli, **********97 nömrəli bildirişindən görünür ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 30 avqust 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müayinə ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmış, lakin dayandırma müddətində səbəb aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin 23 may 2022-ci il tarixli, **********05 nömrəli bildirişindən görünür ki, İddiaçı Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 27 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Müayinə ölçü işləri aparılmasına şərait yaradılmadığından “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəalarına əsasən ərizənin icrası 1 ay müddətinə dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin 28 iyun 2022-ci il tarixli, **********52 nömrəli bildirişində qeyd edilmişdir ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərinin dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından iqtisadiyyat Nazirliyinə daxil olmuş 6 iyun 2022-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsində 1963-cü və 1989-cu illərdə inşa edilmiş fərdi yaşayış evlərinə dair texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün etibarnamə üzrə nümayəndəniz X5 tərəfindən ********** qeydiyyat nömrəli ərizə ilə 12 saylı Şəki Ərazi idarəsinə müraciət edilmişdir. Bildirmişdir ki, təqdim edilmiş ərizənin icrasını təmin etmək məqsədi ilə 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssislərinə sözügedən ünvanda yerləşən daşınmaz əmlaklara dair müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən imkan verilməmişdir. Bu barədə 21 iyun 2022-ci il tarixində İddiaçı ilə əlaqə saxlanılmış və qeyd olunan daşınmaz əmlaklara dair müayinə işlərinin aparılmasına şərait yaradılmadığı təqdirdə müraciətinin icrasından imtina ediləcəyi ilə bağlı 23 may 2022-ci il tarixli, **********05 nömrəli bildiriş göndərilmişdir. Göstərmişdir ki, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evlərinə yerində baxış keçirilməsi və müvafiq ölçü işlərinin aparılması üçün 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssislərinə müvafiq şərait yaradılacağı təqdirdə müraciətinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 1004 saylı arayışdan görünür ki, Şəki rayonu, Baş Göynük kənd ərazi nümayəndəliyinin 02 nömrəli təsərrüfat başına kitabın 50-ci səhifəsində İddiaçı adına 1963-cü və 1989-cu ildə tikilmiş fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi mövcuddur. Məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddiaçı ilə cavabdeh ata-oğuldurlar. Müəyyən olundu ki, JN-590A nömrəli KOD 40406018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəki rayonu, Baş Göynük kənd sakini İddiaçı oğluna, həmin aktda adı olan Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə 0.25 ha torpaq sahəsi verilmişdir. Həm iddiaçının həm də cavabdehin izahatı ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi üzərində 1963 və 1989-cu illərdə inşa edilmiş iki fərdi yaşayış evi movcuddur. 1963-cü il tarixdə tikilmiş evdə Cavabdeh oğlu, 1989-cu il tarixdə tikilmiş evdə isə iddiaçı və qızı Nəsibə ailəsi ilə birlikdə yaşayır. İddiaçı oğlunun həyat yoldaşı Rəşidova Alagöz Mirzəbala qızı 03 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı Şəki rayonu Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinə müracit etmişdir. Həmin idarənin əməkdaşları qeyd edilən torpaq sahəsində ölçü işləri aparmaq istəsələr də, Cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermir. İddiaçı iddiasını müdafiə etmiş, cavabdeh isə müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X9 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini cavabdeh İddiaçı inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının İddiaçı oğlu, Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində 1963-cü və 1989-cu il tarixdə inşa edilmiş fərdi yaşayış evlərinə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ölçü işlərinin aparılması ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının İddiaçı oğlu, Rəşidova Alagöz Mirzəbala qızı və Rəşidova Gülgəz Nəsib qızına Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2022-ci il tarixli 05 saylı qərarı ilə verilmiş Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində 1963-cü və 1989-cu il tarixdə inşa edilmiş fərdi yaşayış evlərinə texniki pasport və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün ölçü işlərinin aparılması ilə bağlı Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1803/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1803/2022
05.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver