Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-181/2025 11.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X10, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri : İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli 16375/3 saylı kredit müqaviləsinə əsasən borclu X3 münasibətdə onun hüquqi varisi keçmiş arvadı Cavabdeh2 və xx.xx.2019-cu il tarixli 16375/3 saylı zaminlik müqaviləsinə əsasən zamin olan şəxs X9 münasibətdə Cavabdeh1 BOKT "xxxx" MMC-nin xeyrinə 956.68 (doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat əsas və 13.13 (on üç manat on üç qəpik) manat faiz borcu və 0.72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, cəmi 970.53 (doqquz yüz yetmiş manat əlli üç qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh X4 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1015 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1015 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1015 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (“Kredit üzrə ödəniş cədvəli”) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X11 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 16375/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək kredit öhdəliklərini pozmuşdur. Nəticədə borcluların xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 956.68 manat əsas, 13.13 manat faiz borcu və 0.72 manat cərimə olmaqla cəmi 970.53 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi, pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehlər, X4 xx.xx.2021-ci il tarixində digər cavabdeh X11 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Qeyd edilənləri nəzərə alaraq yaranmış borcun, borcluların hüquqi varislərindən tutulması haqqında iddia ilə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. X2 və X7 vərəsəlik işinin açılıb açılmaması barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalında tərəfimizdən yoxlanılmış və hər hansı bir vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Şəki rayon Aydınbulaq bələdiyyəsinə və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd İcra Nümayəndəliyinə müraciət edilərək, X1 və X5 miras qalan əmlaklar barədə məlumatın, həmçinin müsbət halda miras əmlaklara kimlərin sahiblik etdiyinə dair məlumatın verilməsi üçün sorğular edilmişdir. Belə ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 16 saylı arayışında qeyd edilir ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüş, və ondan geriyə qalmış Şəki rayon Əliyar kəndində yerləşən fərdi yaşayış evi, pay torpağına və digər əmlaklarına X2 arvadı Cavabdeh2 sahiblik edir. Eyni məlumatlar Şəki rayon Aydınbulaq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 88 saylı arayışında da öz əksini tapmışdır. Digər borclu X9 münasibətdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aydınbulaq kənd İcra Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 16 saylı arayışında qeyd edilir ki, şəxs xx.xx.2022-ci il tarixdə ölmüş və ondan geriyə qalmış Şəki rayon Əliyar kəndində yerləşən fərdi yaşayış evi, 2 ədəd minik maşını, pay torpağına və digər əmlaklarına X7 arvadı Cavabdeh1 sahiblik edir. Miras əmlaklarla bağlı məlumatlar Şəki rayon Aydınbulaq bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 88 saylı arayışında da qeyd edilir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, İddianı qəbul etmir. Kredit götürülərkən onun məlumatı olmamışdır. Məktub gəldikdən sonra kredit borcunun olduğunu öyrənib. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları BOKT "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1015 manat məbləğində kredit verilmişdir. BOKT "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X11 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 16375/3 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. xx.xx.2024-cü il tarixli 19 nömrəli maliyyə arayışından görünür ki, 956.68 (doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat əsas və 13.13 (on üç manat on üç qəpik) manat faiz borcu və 0.72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, cəmi 970.53 (doqquz yüz yetmiş manat əlli üç qəpik) manat borcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, X4 və X9 borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Şəki rayon Aydınbulaq kənd bələdiyyəsi tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 adına 6.52 ha pay torpağı və 0.37 ha həyətyanı torpaq sahəsi arvadı Cavabdeh2 sahibliyindədir. X6 adına 0.13 ha həyətyanı torpaq sahəsi arvadı Cavabdeh1 sahibliyindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminliyə, həmçinin zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Qərarın nəticə hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, BOKT "xxxx" MMC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1015 manat məbləğində nağd kredit verilmişdir. Lakin, X4 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X4 öldükdən sonra onun arvadı Cavabdeh2 ərindən 6.52 ha pay torpağı və 0.37 ha həyətyanı torpaq sahəsi qalmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli 16375/3 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X11 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. X11 öldükdən sonra Cavabdeh1 ərindən 0.13 ha həyətyanı torpaq sahəsi qalmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlərin vərəsəlik hüququ haqqında şəhadətnamə almamaları onların mərhumdan miras qalmış əmlakdan imtina etməsi nəticəsini özündə əks etdirmir. Belə ki, mərhum X2 ölümündən sonra ondan qalmış miras əmlakı 6.52 ha pay torpağı və 0.37 ha həyətyanı torpaq sahəsi arvadı Cavabdeh2, mərhum X6 ölümündən sonra ondan qalmış miras əmlakı 0.13 ha həyətyanı torpaq sahəsi arvadı Cavabdeh1 sahibliyindədir. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı 956.68 (doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat əsas və 13.13 (on üç manat on üç qəpik) manat faiz borcu və 0.72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, cəmi 970.53 (doqquz yüz yetmiş manat əlli üç qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 956.68 (doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat əsas və 13.13 (on üç manat on üç qəpik) manat faiz borcu və 0.72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, cəmi 970.53 (doqquz yüz yetmiş manat əlli üç qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-181/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X10, Cavabdeh1 iştirakları ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 956.68 (doqquz yüz əlli altı manat altmış səkkiz qəpik) manat əsas və 13.13 (on üç manat on üç qəpik) manat faiz borcu və 0.72 (yetmiş iki) qəpik cərimə borcu olmaqla, cəmi 970.53 (doqquz yüz yetmiş manat əlli üç qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-181/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-181/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver