Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1817/2023 04.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu ilə BOKT "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0012334-2021 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 5011,67 AZN (beş min on bir manat, altmış yeddi qəpik) məbləğində əsas borc, 1627.75 AZN (bir min altı yüz iyirmi yeddi manat, yetmiş beş qəpik) faiz borcu olmaqla, cəmi 6639.42 AZN (altı min altı yüz otuz doqquz manat, qırx iki qəpik) məbləğində borcun və ödənilməmiş 86.40 (səksən altı manat, qırx qəpik) məbləğində dövlət rüsumunun alınaraq iddiaçı BOKT "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2021-ci il tarixli BO**********1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 36% (otuz altı) olmaqla 5399 AZN (beş min üç yüz doxsan doqquz) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 17 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2021-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 5399 AZN (beş min üç yüz doxsan doqquz) manat məbləğində əsas borcdan 387.33 AZN (üç yüz səksən yeddi manat,otuz üç qəpik) məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 1814.14 (bir min səkkiz yüz on dörd manat,on dörd qəpik) ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 133.53 AZN (bir yüz otuz üç manat,əlli üç qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 5011,67 AZN (beş min on bir manat,altmış yeddi qəpik) manat məbləğində əsas borcu və 1627.75 AZN (bir min altı yüz iyirmi yeddi manat, yetmiş beş qəpik) faiz borcu, cəmi 6639.42 AZN (altı min altı yüz otuz doqquz manat, qırx iki qəpik) məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0012334-2021 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gec0ikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 18 sentyabr 2023-cü il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, onunla iddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO**********1 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə, illik 36% (otuz altı) olmaqla 5399 AZN (beş min üç yüz doxsan doqquz) manat məbləğində kredit verilmişdir. O, müqaviləyə əsasən borcunu ödəməyi öhdəsinə götürsə də, maddi imkanı olmadığı üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, krediti götürdükdən sonra borcunu 8 – 9 ay ödəmişdir. Hazırda banka olan borcunu qəbul edir. Ayda 50 manat olmaqla borcunu hissə-hissə ödəməyə razıdır. Kredit götürən zaman banka girov qoymamışdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: İddiaçı BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0012334-2021 nömrəli kredit və girov müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə illik 36% ödəmək şərti ilə 5399 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 5399 manat krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. 22 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli BO0012334-2021 nömrəli kredit müqaviləsi üzrə BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 5011,67 manat əsas, 1627,75 manat faiz olmaqla, cəmi 6639,42 manat borcu vardır. BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 31 mart 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh bank qarşısındakı öhdəliklərini 09 aprel 2023-cü il tarixə kimi yerinə yetirməsi, gələcək ödənişlərində bir daha gecikməyə yol verməməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BO0012334-2021 nömrəli kredit və girov müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 36% ödəmək şərti ilə 5399 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də BOKT "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh BOKT "xxxx" ASCnin xeyrinə 5011,67 AZN məbləğində əsas borc, 1627.75 AZN faiz borcu olmaqla, cəmi 6639.42 AZN məbləğində borc və ödənilməmiş 86.40 məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh BOKT "xxxx" ASC-nin xeyrinə 5011,67 AZN məbləğində əsas borc, 1627.75 AZN faiz borcu olmaqla, cəmi 6639.42 AZN məbləğində borc və ödənilməmiş 86.40 məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1817/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1817/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver