Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-183/2025 18.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********45 saylı tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.97 manat əsas borc və 3.47 manat faiz borcu olmaqla, cəmi 303.44 manat və xx.xx.2023-cü il tarixli BPM**********60 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6,011.99 manat əsas borc və 79.34 manat faiz borcu olmaqla, cəmi 6,091.33 manat məbləğində kredit borcunun, ödənilmiş 83.94 (səksən üç manat 94 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********45 saylı tam kart çərçivə müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli BPM**********60 saylı kredit müqaviləsinə əsasən 59 ay müddətinə illik 25 faiz olmaqla 6300 (altı min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1867 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 xx.xx.2021-ci il tarixli BPM**********45 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.97 manat əsas borc və 3.47 manat faiz borcu olmaqla cəmi 303.44 manat və xx.xx.2023-cü il tarixli BPM**********60 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6,011.99 manat əsas borc və 79.34 manat faiz borcu olmaqla cəmi 6,091.33 manat məbləğində borcu qalmışdır Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştitak etməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmənin elektron kabinetinə ərizə yerləşdirərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mərhum X6 onun həyat yoldaşı olmuşdur. Borcu qəbul edir. Digər vərəsələr mirasdan imtina ediblər. Ödənişi hissəhissə həyata keçirəcəkdir. Qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********60 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 59 ay müddətinə illik 25% ödəmək şərtilə 6300 manat məbləğində kredit verilmişdir. - İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********45 №-li tam kart çərçivə müqaviləsindən görünür ki, həmin müqavilə əsasında X5 36 ay müddətinə illik 24% ödəmək şərtilə 300 manat məbləğində kart kredit limiti verilmişdir. - Ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 6300 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 59 ay müddətinə qaytarmalı olmuşdur. - Ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 300 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 36 ay müddətinə qaytarmalı olmuşdur. - Maliyyə arayışından görünür ki, X4 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 16 sentyabr 2024-cü il tarixə ödənilməmiş 335,03 manat əsas borcu qalmışdır. - Maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 16 sentyabr 2024-cü il tarixə ödənilməmiş 6011,99 manat əsas borcu qalmışdır. - Miras passivin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış 12 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2023-cü il tarixli, BPM**********60 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə X4 banka ödənilməmiş 6011,99 manat əsas borcu və hesablanmış faiz, cərimə borcunun qaldığı, borc məbləğini 3 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Miras passivinin qaytarılmasına dair bank tərəfindən Cavabdeh ünvanlanmış 12 iyul 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2021-ci il tarixli, BPM**********45 №-li tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən cavabdehə X4 banka ödənilməmiş 299,97 manat əsas borcu və hesablanmış faiz, cərimə borcunun qaldığı, borc məbləğini 3 gün müddətə banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə irs almalıdır. - 03 noyabr 2023-cü il tarixli, AZ-İİ 364386 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 666 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 83,94 manat dövlət rüsumu və 0.40 manat bank xidmət ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 739.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə mərhum X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********45 saylı tam kart çərçivə müqaviləsinə əsasən X5 36 ay müddətinə illik 24 faiz olmaqla 300 (üç yüz) manat məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli BPM**********60 saylı kredit müqaviləsinə əsasən 59 ay müddətinə illik 25 faiz olmaqla 6300 (altı min üç yüz) manat məbləğində nağd kredit verilmişdir. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 miras qalmış əmlakı faktiki olaraq Cavabdeh qəbul etmişdir. Qanunvericiliyin tələbləri baxımından kredit müqaviləsi üzrə borclu vəfat etdiyindən onun kreditor qarşısındakı öhdəlikləri vərəsəsinə keçmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. Göründüyü kimi Mülki Məcəllədə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqları nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. İddia tələbi təmin edildidiyindən ödənilmiş 83,94 (səksən üç manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli BPM**********45 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 299.97 (iki yüz doxsan doqquz manat, doxsan yeddi qəpik) manat əsas borc və 3.47 (üç manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 303.44 (üç yüz üç manat qırx dörd qəpik) manat və xx.xx.2023-cü il tarixli BPM**********60 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 6,011.99 (altı min on bir manat doxsan doqquz qəpik) manat əsas borc və 79.34 (yetmiş doqquz manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi 6,091.33 (altı min doxsan bir manat, otuz üç qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 83,94 (səksən üç manat, doxsan dörd qəpik) manat dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-183/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-183/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver