Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-184/2025 08.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2,550.11 (iki min beş yüz əlli manat on bir qəpik) manat əsas borc və 19.18 (on doqquz manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2,569.29 (iki min beş yüz altmış doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 45.69 (qırx beş manat altmış doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəki filialı ilə Yusifova Xuraman Şakir qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən Yusifova Xuraman Şakir qızına 48 ay müddətinə illik 17 faiz olmaqla 3100 (üç min bir yüz) manat məbləğində nağd kredit verilmişdir. X2 Şakir qızı xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1867 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Yusifova Xuraman Şakir qızının adına vərəsəlik işi qanun üzrə vərəsəsi olan Cavabdeh tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Şəki” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, Yusifova Xuraman Şakir qızının xx.xx.2020-ci il tarixli BPM**********13 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2,550.11 manat əsas borc və 19.18 manat faiz borcu olmaqla cəmi 2,569.29 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum Yusifova Xuraman Şakir qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, anasını xəstəliyinin müalicəsi üçün "xxxx" ASC-nin “Şəki” filialı aralarında bağlanmış 27 yanvar 2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsinə əsasən kredit götürmüşdür. Şəki şəhəri, X3 küçəsi, ev 8 A ünvanında yerləşən 0.0420 hektar torpaq sahəsi mərhum anası Yusifova Xuraman Şakir qızının mülkiyyətində olmuşdur. Miras əmlakı qəbul etməsi üçün Şəki Regional “Asan xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik haqqında şəhadətnamə almamışdır. Miras əmlakı rəsmi olara qəbul etməsə də, həmin əmlak onun istifadəsindədir və sahiblik edir. Özünün digər banka olan borcunu maddi imkan yaxşı olmadığından ödəyə bilmir. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Yusifova Xuraman Şakir qızı arasında bağlanmış BPM**********13 nömrəli, 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 3100 (üç min bir yüz) manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, Yusifova Xuraman Şakir qızı götürdüyü 3100 (üç min bir yüz) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusifova Xuraman Şakir qızı 06 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum Yusifova Xuraman Şakir qızının vərəsəsi Cavabdeh ünvanlanmış 12 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə bank borcun qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, Yusifova Xuraman Şakir qızının vərsəsi Cavabdehdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, X3 küçəsi, ev 8 A ünvanında yerləşən 0.0420 hektar torpaq sahəsi Yusifova Xuraman Şakir qızının adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 27 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Yusifova Xuraman Şakir qızının adına vərəsəlik işi açılmış, ancaq onun vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 10 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum Yusifova Xuraman Şakir qızı arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 48 ay müddətinə illik 17 faiz olmaqla 3100 (üç min bir yüz) manat məbləğində nağd kredit verilmişdir. Lakin, Yusifova Xuraman Şakir qızı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Yusifova Xuraman Şakir qızı 06 dekabr 2020-ci il tarixdə ölmüşdür. Yusifova Xuraman Şakir qızı öldükdən sonra adına vərəsəlik işi açılsa da, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xuraman Yusifovanın ölümündən sonra ondan Şəki şəhəri, X3 küçəsi, ev 8 A ünvanında yerləşən 0.0420 hektar torpaq sahəsi miras qalmışdır. X1 Şakir qızından miras qalmış əmlaklara dair vərəsəlik işi açılmasına baxmayaraq, onun vərəsəsinə vərəsəliyə dair şəhadətnamə verilməsə də, həmin torpaq sahəsinin mərhumun oğlu Cavabdeh tərəfindən qəbul edilərək idarə olunması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Qərarın nəticə hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə almaması onun mərhumdan miras qalmış əmlakdan imtina etməsi nəticəsini özündə əks etdirmir. Belə ki, mərhum Yusifova Xuraman Şakir qızının ölümündən sonra ondan qalmış miras əmlakı - Şəki şəhəri, X3 küçəsi, ev 8 A ünvanında yerləşən 0.0420 hektar torpaq sahəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etməməsi, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Yusifova Xuraman Şakir qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını faktiki olaraq qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, 27 yanvar 2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 2,550.11 (iki min beş yüz əlli manat on bir qəpik) manat əsas, 19.18 (on doqquz manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2,569.29 (iki min beş yüz altmış doqquz manat iyirmi doqquz qəpik) məbləğində kredit borcu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45.69 (qırx beş manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 27 yanvar 2020-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 2,550.11 (iki min beş yüz əlli manat on bir qəpik) manat əsas, 19.18 (on doqquz manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2,569.29 (iki min beş yüz altmış doqquz manat iyirmi doqquz qəpik) məbləğində kredit borcu, ödənilmiş 45.69 (qırx beş manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-184/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-184/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver