Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1846/2024 27.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3511,92 (üç min beş yüz on bir manat 92 qəpik) manat, faiz borcuna görə 174,01 (bir yüz yetmiş dörd manat 01 qəpik) manat, dəbbə borcuna görə 552,81 (beş yüz əlli iki manat 81 qəpik) manat olmaqla, cəmi 4238,74 (dörd min iki yüz otuz səkkiz manat 74 qəpik) manat məbləğində borcun və 63 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh - Cavabdeh2 arasında bağlanmış 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 8000 (səkkiz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 5 Mart 2022-ci il tarixdə İddiaçı ASC-nin Şəki filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq hər ay 273,43 (iki yüz yetmiş üç manat 43 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh2 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3511,92 (üç min beş yüz on bir manat 92 qəpik) manat, faiz borcuna görə 174,01 (bir yüz yetmiş dörd manat 01 qəpik) manat, dəbbə borcuna görə 552,81 (beş yüz əlli iki manat 81 qəpik) manat, borcun cəmi məbləği 4238,74 (dörd min iki yüz otuz səkkiz manat 74 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan 5 Mart 2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3511,92 (üç min beş yüz on bir manat 92 qəpik) manat, faiz borcuna görə 174,01 (bir yüz yetmiş dörd manat 01 qəpik) manat, dəbbə borcuna görə 552,81 (beş yüz əlli iki manat 81 qəpik) manat, cəmi 4238,74 (dörd min iki yüz otuz səkkiz manat 74 qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istehlak məqsədləri üçün 36 ay müddətinə illik 14 % ödəmək şərtilə 8000 manat məbləğədək kredit verilmişdir. Eyni zamanda həmin tarixdə digər cavabdehlə zaminlik müqaviləsi də bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yerinə yetirsə də cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdelərə bildiriş göndərmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 552,81 manat cərimə borcunun tutulması hissəsində iddianı əsaslı hesab etmir. Belə ki, İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 552,81 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, SKNPU-02685 saylı kredit müqaviləsi üzrə 175 manat məbləğdə cərimə borcunun tutulması məqsədəmüvafiqdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3511,92 manat əsas məbləğ üzrə borc, 174,01 manat faiz borcu, 175 manat cərimə borcu olmaqla, cəmi 3860,93 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 57,85 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3511,92 (üç min beş yüz on bir manat, 92 qəpik) manat əsas məbləğ üzrə borc, 174,01 (bir yüz yetmiş dörd manat, 01 qəpik) manat faiz borcu, 175 (bir yüz yetmiş beş) manat cərimə borcu olmaqla, cəmi 3860,93 (üç min səkkiz yüz altmış manat, 93 qəpik) manat məbləğində borc, 57,85 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1846/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1846/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver