Məhkəmə qərarları › İş №e-2(075)-185/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-185/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-185/2024 30.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 manat məbləğində borc pulun və iddia qaldırılması üçün ödədiyi 51 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə 27 dekabr 2023-cü il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran şəhəri, X5 yerləşən “Murad” marketinin sahibəsidir. Həmin marketin yerləşdiyi ərazidə yerləşən hərbi hissədə xidmət edə hərbi qulluqçuların əksəriyyəti onun marketindən gündəlik tələbat mallarından alver edirlər bu səbəbdən də həmin hərbi hissədə xidmət edən hərbi qulluqçuların əksəriyyəti onunla tanışdırlar. Həmin hərbi qulluqçuların əksəriyyəti əmək haqqları ödənilənədək onun sahibi olduğu marketdən nisyə alver etmiş və əmək haqqları ödənildikdən sonra isə nisyə aldıqları malların pulunu ödəmişlər. Bəzi hərbi qulluqçular isə ondan borc almış və həmin borclarını ödəmişlər. Bəziləri isə borca aldıqları borc pulu qaytarmmış və onu süründürməçiliyə salmışlar. Həmin şəxslərdən biri də iş üzrə Cavabdehdur. Belə ki, Cavabdeh 2021-ci ilin yay ayında Cavabdeh işlətdiyi marketə gəlib ondan 2 ay müddətinə qaytarmaq şərti ilə 6000 manat borca pul istəmiş, lakin həmin məbləğin onda olmadığını Elçinə dedikdə isə o təkidlə ona borca pul lazım olduğunu bildirmiş, o da digər şəxslərdən əlavə borc alaraq 6000 manatı düzəldib notarial qaydada xx.xx.20221-ci il tarixdə Cavabdeh borca pul vermişdir. Elçin də ondan aldığı həmin 6000 manat borc pulu 2 ay müddətində ona qaytaracağını notarial qaydada ərizəyə imza etməklə öhdəsinə götürmüşdür. Cavabdeh aldığı borc pulu 2 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də hazırki vaxta kimi aldığı 6000 manat borcundan 2900 manat qaytarmış və 3100 manat borcunu isə qaytarmamışdır. Cavabdeh 2900 manat pulu şəxsən özünə verməmiş, onun yanında marketdə ona köməklik edən Lənkəran şəhər sakini X2 adına olan plastik bank kartına ödəmiş və Teymur tərəfindən həmin pul ona verilmişdir. Lakin cavabdehin ona borclu olduğu 3100 manat pulu isə hazırki vaxta kimi ona ödəməmişdir. Cavabdeh hazırda hərbi xidmətdən təxris olunduğundan ona borca verdiyi 6000 manatdan ödənilməmiş 3100 manat pulu ondan ala bilmir. Cavabdehin öhdəsinə götürdüyü borcun ödənilməmiş 3100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh X1 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Onun xidməti vəsiqəsi iddiaçıda olduğundan, o Lənkəran rayon 1 saylı notariat kontoruna İddiaçı 6000 manat borcun alması ilə bağlı ərizə vermişdir. E-manat ödəniş terminalı vasitəsi ilə borcunun böyük bir qismini iddiaçıya ödəmişdir. Faktiki olaraq iddiaçıya 6000 manat borcu olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir. İşin halları; Cavabdeh Lənkəran rayon 1 saylı notariat kontoruna müraciət etdiyi 30 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı 6000 (altı min) manat pul almışdır. Həmin məbləği 2 ay müddətinə tam şəkildə qaytaracaqdır. 03 mart 2022-ci il tarixli, 204026 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, X3 məxsus ******************** nömrəli hesaba 1000 AZN pul vəsaiti ödənilmişdir. 10 mart 2022-ci il tarixli, 205302 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, X3 məxsus ******************** nömrəli hesaba 20 AZN pul vəsaiti ödənilmişdir. 10 mart 2022-ci il tarixli, 205273 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, X3 məxsus ******************** nömrəli hesaba 950 AZN pul vəsaiti ödənilmişdir. 30 aprel 2022-ci il tarixli, 214337 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, X3 məxsus ******************** nömrəli hesaba 1000 AZN pul vəsaiti ödənilmişdir. 05 avqust 2022-ci il tarixli, 61734 nömrəli e-manat ödəniş qəbzindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesaba 400 AZN pul vəsaiti ödənilmişdir. Tətbiq edilən hüquq 01 aprel 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 30 iyul 2021-ci il tarixində Cavabdeh iddiaçıdan borc pul alarkən onlar öz aralarında razılığa gələrək müqavilə bağlamışlar. Yəni cavabdeh bu barədə Lənkəran rayon 1 saylı notariat kontoruna müraciət edərək İddiaçı 6000 (altı min) manat pul aldığını qeyd etmiş, və həmin məbləği 2 ay müddətinə tam şəkildə qaytaracağını öhdəsinə götürmüşdür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 6000 (altı min) manat məbləğində pulu Cavabdeh borc kimi vermişdir. Lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilə üzrə öhdəliyini icra etməmiş, yəni borc kimi aldığı pul məbləğini iddiaçıya tam şəkildə qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehə borc kimi verdiyi pul məbləğini tələb etməkdə qismən haqlıdır. Belə ki, iddiaçı cavabdehin ona olan borcundan 2900 manat məbləğində pulu qaytardığını bildirsə də, cavabdehin borcundan 3370 manat pul vəsaitinin bank kartı hesabına köçürülməsi ilə iddiaçıya verildiyi sübuta yetirilmiş və bu hal iş materiallarında olan 03 mart 2022-ci il tarixli, 204026 nömrəli (1000 AZN), 10 mart 2022-ci il tarixli, 205302 nömrəli (20 AZN), 10 mart 2022-ci il tarixli, 205273 nömrəli (950 AZN), 30 aprel 2022-ci il tarixli, 214337 nömrəli (1000 AZN) və 05 avqust 2022-ci il tarixli, 61734 nömrəli (400 AZN) eManat qəbzləri ilə təsdiq edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2630 (iki min altı yüz otuz) manat pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 2630 (iki min altı yüz otuz) manat pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hisssədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar