Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1852/2024 17.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 28 sentyabr 2008-ci il tarixdə anadan olmuş X2 üçün yetkinlik yaşına çatana qədər cavabdeh - Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləği tutularaq iddiaçı – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, Şəki rayon Kiçik Dəhnə kənd sakini Cavabdeh ilə 11 yanvar 2008-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşdur. 13 fevral 2008ci il tarixdən Cavabdeh onu qoyaraq Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə getmişdır. Sonralar məlum oldu ki, onun orada da ailəsi vardır. O hal-hazırda Kiçik Dəhnə kəndində qeydiyyatda olsa da Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində yaşayır. 7 il ərzində cavabdehin tərəflərin birgə nikahından doğulmuş X2 üçün heç bir maddi kömək göstərmədiyini görüb aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-2478/2015 nömrəli 06 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən Kiçik Dəhnə kənd sakini Cavabdeh 28 sentyabr 2008-ci il tarixdə anadan olmuş qızı X3 atası olduğu hüquqi faktlarla təstiq edilmişdir. Faktlar əsasında çıxarılmış qətnaməyə əsəsən də Cavabdeh 18 may 2015-ci il tarixdən başlayaraq, qızı X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səkksən) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 Yanvar 2016-cı il tarixli, 2(107)- 37/2016 saylı qətnaməsinə əsasən isə sabit pul məbləği artırılaraq ayda 100 (yüz) manat aliment məbləğinin tutularaq iddiaçı olaraq ona verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-328/2019 saylı 11 fevral 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və həmin məbləğ artırılaraq 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-614/2021 nömrəli 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə isə iddia tələbi qismən təmin edilmiş və həmin məbləğ artırılaraq 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından xeyli vaxt keçib və hal-hazırda X3 16 yaşı vardır. Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. 2021-cı ilin əvvələri ilə müqayisədə dəfələrlə minimum əmək haqqı, maaş, pensiya, təqaüd, minumum aliment məbləği artmışdır. Eyni zamanda günün təlabatı olaraq da yaşayış üçün lazım olan ərzaq və digər gündəlik təlabatlarda da dəfələrlə qiymət artımları olmuşdur. Uşaq Bakı şəhərində orta məktəbdə təhsil alır, eyni zamanda uşağın gələcəkdə savadlı, ali təhsilli, Azərbaycana yararlı kadr kimi yetişməsi üçün də müxtəlif fərdi hazırlıq kurslarına göndərir. Ona görə də günün maddi təlabatı səbəbindən aylıq xərclər də kifayət qədər yüksəkdir. Bütün bu xərcləri şəxsən özü təkbaşına qadın olaraq edir. Cavabdeh Rüstəm isə ata olaraq bizneslə məşğul olduğundan maddi imkanın çox yüksək olmasına baxmayaraq yalnız məhkəmə qərarında göstərilən məbləği ödəyir, əlavə isə heç bir maddi köməklik göstərmir. Halbuki onun da vəzifə borcudur ki, uşağın gələcək karyerası üçün lazım olan maddi köməklik göstərsin. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə təyin edilmiş alimenti ödəməkdən başqa heç bir problemləri ilə maraqlanmır. Halbuki onun normal işi var, maddi imkanı çox yaxşıdır və öz yaxınlarına hər ay Ukraynadan pul göndərərək maddi köməklik göstərir. Amma məqsədli şəkildə öz doğma uşağına məcburi məhkəmə qərarında göstərilən aliment borcundan başqa heç bir maddi və ya mənəvi köməklik göstərmir. Eyni zamanda başqa şəxslərin alimenti uşaqlar üçün təyin olunan məbləğ olsa da onun övladında halhazırda çox aşağı məbləğ təyin olunmuşdur. O, xx.xx.2024-cü il tarixdə qanuna müvafiq şəkildə Cavabdeh aylıq olaraq 300 azn aliment ödəməsi ilə bağlı mediasiya prosesinin tətbiqi barədə təklif sorğusu göndərsə də heç bir cavab verməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə İlkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. Buna cavab olaraq da bir neçə dəfə Şəki 1 saylı Mediasiya təşkilatına getdikdən sonra xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatı tərəfindən ona MŞŞ/MT018/2024-00540 saylı arayış təqdim olunmuşdur. Uşağın bütün qayğısını, maddi ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın həm təlim-tərbiyəsi ilə məşğul olmaq, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bütün sadaladığı halları nəzərə alaraq hesab edir ki, alimentin dəyəri uşağın mənafeyinə uyğun şəkildə artırılmalıdır. Buna görə də o, iddiaçı olaraq “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Mülki proses tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 10 mart 2021-ci il tarixli, AZ-T 148450 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. - 22 aprel 2009-cu il tarixli, AZ-İİ 244692 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 avqust 2008-ci il təvəllüdlü X3 atası X6, anası İddiaçıdır. - Şəki Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli e-2(075)-614/2021 saylı qətnaməsindən görünür ki, 28 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.7 və 8.13-cü bəndlərində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda - iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Məhkəmənin mövqeyi: İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşağın tələbatının çoxalmasına, aliment məbləğinin artırılmasından sonra 3 ildən artıq vaxt keçməsinə, təyin edilmiş aliment məbləğinin uşağın tələbatını ödəyə bilməməsinə əsaslanmaqla tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Şəki Rayon Məhkəməsi 09 aprel 2021-ci il tarixli e-2(075)-614/2021 saylı qətnaməsi ilə onun xeyrinə 160 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyacının səviyyəsini bir uşaq üçün aliment ödənilməli olmasını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü ildə artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli e-2(075)-614/2021 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini, qeyd edilən məhkəmə qətnaməsinin qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 28 sentyabr 2008-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 180 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli e-2(075)-614/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılmalı, Cavabdeh 28 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin alimentin miqdarının artırılmasının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanmasına münasibətdə qeyd edir ki, qanunvericilikdə alimentin ilkin olaraq təyin edildiyi zaman iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan tutulması nəzərdə tutulmuşdur. Alimentin artırılması barədə iddia tələbləri isə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli e-2(075)-614/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləği artırılsın. Cavabdeh 28 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1852/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1852/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver