Məhkəmə qərarları › İş №e-2(075)-1868/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1868/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1868/2022 04.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(075)-2537/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüzsəksən altı) manat alimentin tutularaq 27 may 2009-cu il təvəlüldlü X11 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2007-ci ildə el adəti ilə toy edərək ailə qurmuşdur. 29 yanvar 2008-ci il tarixdə Şəki şəhər İHB-nın Şorsu kənd İcra Nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. Onların birgə nikahlarından 27 may 2009-cu il tarixdə X11 və X12 adlı əkiz övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Bundan sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bundan sonra o, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-817/2015 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər bir uşaq üçün 65 (altmış beş) manat alimentin tutularaq 27 may 2009-cu il tarixdə anadan olmuş X11 və X6 yektinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, uşaqların maddi ehtiyyacları artdığı üçün Cavabdeh qarşı alimentin miqradırının artırılması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-2537/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat alimentin tutularaq 27 may 2009-cu il tarixdə anadan olmuş X11 və X6 yektinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Göstərmişdir ki, artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşağın həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Onları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Bu cüzi aliment pulu uşaqlarının ərzaq, geyim və digər xərclərini ödəmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimum məbləği dəfələrlə artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşaqların təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Bildirmişdir ki, cavabdeh ayrıldıqdan sonra ildə 1, 2 dəfə uşaqlarla görüşüb, sonradan heç maraqlanmayıb. Uşaqların saxlanılması üçün ancaq 170 manat aliment ödəyir. Başqa heç bir maddi köməklik etmir. Aldığı alimentlə uşaqlarını saxlamağı mümkün deyildir. Bildirmişdir ki, məhkəməyə müraciət etməmişdən qabaq “alimentin artırılması” tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 19 iyul 2022-ci il və 06 avqust 2022-ci il tarixlərdə, müxtəlif saatlarda keçirilmiş mediasiya sessiyalarında aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı 06 avqust 2022-ci il tarixli arayış verilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmişdir ki, cavabdehin ikinci dəfə ailə qurmasını və həmin nikahdan uşaqlarının olmasını bilir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 2007-ci ildə el adəti ilə toy edərək ailə qurmuşdur. 29 yanvar 2008-ci il tarixdə Şəki şəhər İHB-nın Şorsu kənd İcra Nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirmişlər. Onların birgə nikahlarından 27 may 2009-cu il tarixdə X11 və X12 adlı əkiz övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Bildirmişdir ki, sonaradan İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-817/2015 saylı qətnaməsi ilə ondan hər ay hər bir uşaq üçün 65 (altmış beş) manat alimentin tutularaq 27 may 2009-cu il tarixdə anadan olmuş X11 və X6 yektinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, sonradan iddiaçı uşaqların maddi xərclərini əsas gətirərək aliment məbləğinin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir və Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-2537/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ondan hər ay hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat alimentin tutularaq 27 may 2009-cu il tarixdə anadan olmuş X11 və X6 yektinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Göstərmişdir ki, İddiaçı ona qarşı məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksın altı) manat sabit pul məbləğində alimetin tutulması xahiş etmişdir. İddiaçının hazırki iddia ərizəsinə etiraz edir və əsassız hesab edir. Belə ki, iddiaçıdan ayrıldıqdan sonra o, ailə qurmuşdur. Həmin nikahdan onların 30 sentyabr 2016-cı il təvəllüdlü Bəbişova Əminə və 02 yanvar 2018-ci il təvəllüdlü Bəbişova Damla adlı 2 azyaşlı uşaqları anadan olmuşdur. Böyük qızı Əminə artıq 1-ci sinfə gedir. Özünün maddi imkanı olduqca aşağıdır. Bakı şəhərində "xxxx" MMC-də usta işləməklə 300 manat aylıq əmək haqqı alır. Bundan başqa qazanc yeri yoxdur. Aldığı 300 manat əmək haqqısının 170 manatını alimentə verir. Qalan 130 manat öz uşaqlarına baxır. Həmin məbləğ uşaqlarının saxlanılmasına yetmir. Hal-hazırda Bakı şəhərində işlədiyi şirkət tərəfindən verilmiş evdə kirayədə qalır. Bildirmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra bir dəfə də olsun, uşaqları ilə görüşməmişdir. Uşaqların saxlanılması üçün əlavə heç bir ödəniş etmir, ancaq 170 manat aliment ödəyir. Alimenti vaxtı-vaxtında ödəyir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 oktyabr 2009-cu il tarixli, AZ-İİ 345299 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 may 2009-cu il təvəllüdlü X6 atası Cavabdeh, anası Bəbişova (Abdullayeva) Samirə Elxan qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 oktyabr 2009-cu il tarixli, AZ-İİ 345298 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 may 2009-cu il təvəllüdlü X10 atası Cavabdeh, anası Bəbişova (Abdullayeva) Samirə Elxan qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 may 2016-cı il tarixli AZ-İ 240149 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması barədə, nikahın pozulması haqqında akt qeydləri kitabında 189 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(075)-2537/2017 saylı qətanaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay, hər bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (yüz yetmiş) manat aliment tutularaq 27 may 2009-cu il tarixdə anadan olmuş X5 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ünvan 2 ünvanında yaşayan Abdullayevə (Bəbişova) Samirə Elxan qızına verilməsi, aliment tutulmasının əvvəlinin 13 mart 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan 25 fevral 2016-cı il tarixli, AZ-İİ 098311 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 25 fevral 2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Bəbişova soyadı verilmişdir. İşdə olan 20 noyabr 2016-cı il tarixli, AZ-İİİ 870605 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 30 sentyabr 2016-cı il təvəllüdlü X7 atası Cavabdeh, anası X1r. İşdə olan 01 fevral 2018-ci il tarixli, AZ-İV 070731 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 02 yanvar 2018-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası X3r. İşdə olan 01 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də usta vəzifəsində işləməklə aylıq 300 manaty əmək haqqıa alır. İş materiallarına əlavə edilmiş məhkəmə elektron informasiya sistemindən 19 sentyabr 2022-ci il tarixdə çıxarılmış son məlumatlardan görünür ki, X9 A.Rəhman adına X20 Teatrında aktyor, dram işləməklə aylıq 415 manat məbləğində əmək haqqı alır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 avqust 2022-ci il tarixli, MŞŞ-00110 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 19 iyul 2022-ci il və 06 avqust 2022-ci il tarixlərində, müxtəlif saatlarında keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(075)-2537/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 27 may 2009-cu il təvəlüldlü X11 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan onun 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi hal-hazırda cavabdehin himayəsində 2 azyaşlı uşaq, ikinci nikahdan olan arvadı vardır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 27 may 2009-cu il təvəlüldlü X11 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(075)-2537/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 27 may 2009-cu il təvəlüldlü X11 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli, 2(075)-2537/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar