Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1874/2022 05.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay bir uşaq üçün sabit pul məbləğində 190 (bir yüz doğsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat alimentin tutularaq 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 03 sentyabr 2003-cü ildə Şəki şəhər VVADQ Şöbəsində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Ailə qurduqdan sonra onların münasibəti tam səmimi olmuşdur. Bir müddət sonra cavabdeh işləmək üçün Bakı şəhərinə getmiş, sonradan onları da özü ilə Bakı şəhərinə aparmışdır. Bakıda olduqları müddətdə Cavabdeh ailəsinə qarşı soyuq münasibətdə olmuş, ailəsinə xəyanət etməyə başlamışdır. Bu səbədən münasibətləri pozulmuş və ayrılmışdır. Bildirmişdir ki, o, cavabdehdən ayrıldıqdan sonra birgə nikahlarından olan uşaqlarının saxlanılması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli, 2(075)-1129/2019 nömrəli qətnaməsi ilə birgə nikahlarından olan uşaqları 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla cəmi 220 manat aliment Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Ayrıldıqdan sonra, düşünmüşdür ki, cavabdeh düzələr ailələrini bərpa edərlər, buna görə də, ilk öncə məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmiş, nikahın pozulması ilə bağlı müraciət etməmişdir. Lakin cavabdeh ailəsinə qarşı olan laqeyd münasibətlərini düzəltməmişdir. Bundan sonra ailə münasibətlərinin bərpası mümkün olmadığından nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(075)-1612/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Bildirmişdir ki, həmin qətnamə qəbul olunandan uzun müddət keçmiş və bu müddət ərzində yaşayış minimumunun məbləği artmışdır. Bundan başqa bazar qiymətləri də artmış və nəticədə həmin aliment məbləğ uşağın təlabatının ödənilməsi üçün həddindən artıq azdır. Göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay, hər uşaq üçün 110 (bir yüz on manat) manat aliment uşaqların aylıq təlabatını ödəmək üçün kifayət etmir. Onun özünün maddi vəziyyəti yaxşı deyil. Hal-hazırda heç bir yerdə işləmir. Özünün aylıq qazancı yoxdur. Bu səbəbdən bacısıgillə qalırlar, bacısı onlara maddi dəstək olur. Uşaqlar günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Bildirmişdir ki, birgə nikahlarından olan hər iki uşağın səhhətində problemlər vardır və onlar bu problemlərin dərinləşməməsi, gələcəkdə uşağın normal inkişafına maneə olmaması üçün həkim nəzarətində qalmalıdır. Uşaqların səhhətində yaranmış problemlər elə özlüyündə uşağın saxlanması üçün əlavə xərclər tələb edir. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Göstərmişdir ki, Cavabdeh hal-hazırda Bakı şəhərində gecə klubunda administrator işləyir. Alimentini vaxtı-vaxtında ödəyir. Cavabdeh ayrıldıqdan sonra ikinci dəfə ailə qurmamışdır. Onlar ayrıldıqları 4 il müddətində cavabdeh iki dəfə uşaqları ilə görüşmüşdür. Bildirmişdir ki, məhkəməyə müraciət etməmişdən qabaq “alimentin artırılması” tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin 30 iyul 2022-ci il tarixində, 17:30 – 18:00 saatlarda keçirilmiş mediasiya sessiyalarında aralarındakı mübahisənin həlli mümkün olmamışdır. Bununla bağlı 30 iyul 2022-ci il tarixli arayış verilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 may 2007-ci il tarixli, AZ-İ 914388 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15 aprel 2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası Əlirzayeva (Məmmədova) Kəmalə Əlixan qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 sentyabr 2014-cü il tarixli, AZ-İİİ 381028 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 31 avqust 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası Əlirzayeva (Məmmədova) Kəmalə Əlixan qızıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 21 may 2019-ci il tarixli, 2(075)-1129/2019 saylı qətanaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 15 aprel 2007-ci il təvəllüdlü X3 və 31 avqust 2014-cü il il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla cəmi 220 manat alimentin Cavabdeh tutulub iddiaçı Əlirzayeva (Məmmədova) Kəmalə Əlixan qızına verilməsi, alimentin tutulmasının əvvəlinin 22 aprel 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 24 dekabr 2019-ci il tarixli, 2(075)-1612/2019 saylı qətanaməsindən görünür ki, iddianın təmin edilməsi, Əlirzayeva (Məmmədova) Kəmalə Əlixan qızı ilə Cavabdeh arasında 03 sentyabr 2003-cü il tarixdə Şəki şəhər VVADQ Şöbəsi tərəfindən 208 № ilə qeyd edilmiş nikahın pozulması, onların birgə nikahlarından olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 anaları Əlirzayeva (Məmmədova) Kəmalə Əlixan qızının yanında qalması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 30 iyul 2022-ci il tarixli, MŞŞ/1/-00036 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 30 iyul 2022-ci il tarixində 17:30-18:00 saatlarında keçirilməsi nəzərdə tutulan X2 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 21 may 2019-ci il tarixli, 2(075)-1129/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 21 may 2019-ci il tarixli, 2(075)-1129/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 15 aprel 2007-ci il təvəllüdlü X5 və 31 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 21 may 2019-ci il tarixli, 2(075)-1129/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1874/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1874/2022
05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver