Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1876/2023 12.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,741.21 manat əsas, 12.93 manat faiz və 1.73 manat cərimə borcu olmaqla, cəmi 1,755.87 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 84.08 manat əsas borc və 0.46 manat faiz borcu olmaqla, cəmi 84.54 manat məbləğində kredit borcunun, ödənilmiş 38.41 (otuz səkkiz manat 41 qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Qəbələ filialı ilə X7 arasında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən X4 48 ay müddətinə illik 18 faiz olmaqla 2000 (iki min) manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 (beş yüz) manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzindəNotariat Ofisinin xx.xx.2023-cü il tarixli 707 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və X9 xx.xx.2021-ci il tarixli, 375 reyestr nömrəli vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Qəbələ” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,741.21 manat əsas borc, 12.93 manat faiz borcu və 1.73 manat cərimə faiz borcu olmaqla cəmi 1,755.87 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 84.08 manat əsas borc və 0.46 manat faiz borcu olmaqla,cəmi 84.54 manat məbləğində borcu qalmışdır. Cavabdehlər, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirdilər ki, anaları mərhum X7 vəfat etdikdən sonra, onlar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ölüm haqqında şəhadətnaməni təqdim etmişlər və onlara borcun silindiyi bildirilmişdir. Mirası qəbul etmək üçün vərəsəlik işi açıldıqdan sonra Bank tərəfindən yenidən borcu ödəməli olduqları barədə bildiriş gəlmişdir. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 18 faiz olmaqla 2000 (iki min) manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 (beş yüz) manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, X3 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1,741.21 manat əsas, 12.93 manat faiz və 1.73 manat cərimə borcu olmaqla, cəmi 1,755.87 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, X3 29 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 84.08 manat əsas borc və 0.46 manat faiz borcu olmaqla, cəmi 84.54 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ödəniş cədvəlindən görünür ki, X7 götürdüyü 2000 (iki min) manat məbləğində kredit borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 03 aprel 2021-ci il tarixdə ölmüşdür. Cavabdeh1 Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 08 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN-132F, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən və Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN- 132G, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.16 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən ibarətdir. Odur ki, miras qoyanın adına vərəsəlik işi açılmasını, 0.29 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh2 Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 08 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN-132F, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən və Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN- 132G, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.16 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən ibarətdir. Odur ki, miras qoyanın adına vərəsəlik işi açılmasını, 0.29 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X8 Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 08 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN-132F, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən və Qəbələ rayon X5 xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında Qəbələ rayon DTKX tərəfinsən verilmiş, JN-132G, KOD 40602018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi sahəsi 0.16 ha olan yaşayış məntəqələrininin torpaq sahəsindən mirasqoyana məxsus hissədən ibarətdir. Odur ki, miras qoyanın adına vərəsəlik işi açılmasını, 0.29 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qəbələ rayon İcra Hakimiyyətinin 13 sentyabr 2021-ci il tarixli, 263 nömrəli arayışından görünür ki, X7 03 aprel 2021-ci il tarixdə vəfat edənə kimi ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X3 ölümündən 2021-ci ilədək onun təsərrüfatını və əmlakını DTKX qəbələ rayon şöbəsi tərəfindən 02 aprel 2005-ci il tarixdə verilmiş JN-132F, KOD 40602018 və JN-132G, KOD 40602018 torpağın mülkiyyətə verilməsinə dair şəhatədnamə əsasına mərhum X7 mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 0.29 ha kənd təsərrüfatı təyinatlı Torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, miras əmlakını qebul etmiş və X12, Cavabdeh1 və Rəhimova (Məmmədova) Könül Ramiz qızı adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikasının Qəbələ rayonu Böyük Pirəli bələdiyyəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, Torpağın mülkiyyət hüququna dair 2005-ci il tarixli, JN-132F, KOD 40602018 olan şəhadətnaməyə əsasən 0.29 ha, 2005-ci il tarixli JN-132G, KOD 40602018 olan şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsini X3 ğldüyü xx.xx.2021-ci ildən hal-hazıradək həyat yoldaşə X12 idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir. Azərbaycan Respublikası Qəbələ rayon İHB-nın Böyük Pirəli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 262 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanında 0.29 ha torpaq sahəsində olan meyvə bağlı DTKX tərəfindən verilmiş JN-132F, KOD 40602018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsusdur və həmin ünvanda pasport qeydiyyatında X12 vardır. KOD 40602018, JN-132F saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X12, Cavabdeh1, X11 və X3 adına 0.29 hektar torpaq sahəsi ayrılmışdır. KOD 40602018, JN-132G saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X12, Cavabdeh1, X11 və X3 adına 0.16 hektar torpaq sahəsi ayrılmışdır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci tarixdə ölmüş X3 vərəsələri – qızı Cavabdeh1, qızı-Cavabdeh2 və əri – X12 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DTKX Qəbələ rayon tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş seriya nömrəsi JN:132F, KOD: 40602018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən X4 məxsus olan hissədən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə mərhum X7 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 48 ay müddətinə illik 18 faiz olmaqla 2000 (iki min) manat məbləğində nağd kredit və 36 ay müddətinə illik 24 faiz olmaqla 500 (beş yüz) manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. Lakin, Gülşad Rəhimova müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Gülşad Rəhimova 03 aprel 2021-ci il tarixdə ölmüşdür. Gülşad Rəhimova öldükdən sonra onun qızı Cavabdeh1, qızı-Cavabdeh2 və əri – X12 miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – DTKX Qəbələ rayon tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş seriya nömrəsi JN:132F, KOD: 40602018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən X4 məxsus olan hissəsini 1/3 hissədə vərəsəlik qaydasında rəsmi olaraq qəbul etmişlər və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum X3 ölümündən sonra ondan qalmış miras əmlakı - DTKX Qəbələ rayon tərəfindən xx.xx.2005ci il tarixdə verilmiş seriya nömrəsi JN:132F, KOD: 40602018 olan torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.29 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən X4 məxsus olan hissəsini miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Gülşad Rəhimovanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Odur ki, ümumilikdə BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,741.21 manat əsas, 12.93 manat faiz və 1.73 manat cərimə borcu olmaqla, cəmi 1,755.87 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 84.08 manat əsas borc və 0.46 manat faiz borcu olmaqla, cəmi 84.54 manat məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38.41 (otuz səkkiz manat 41 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BPM**********68 nömrəli, xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə 1,741.21 manat əsas, 12.93 manat faiz və 1.73 manat cərimə borcu olmaqla, cəmi 1,755.87 manat və bundan başqa bərpa olunan kredit limiti üzrə 84.08 manat əsas borc və 0.46 manat faiz borcu olmaqla, cəmi 84.54 manat məbləğində kredit borcu, 38.41 (otuz səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1876/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1876/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver