Məhkəmə qərarları › İş №e-2(075)-188/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-188/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-188/2024 29.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı BOKT MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər X2 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı BOKT MMC-nin xeyrinə 3364.66 (üç min üç yüz altmış dörd manat altmış altı qəpik) manat əsas kredit borcu, 50,75 (əlli manat yetmiş beş qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın üçot dərəcəsinə əsasn 2021-2022-2023-cü illər üçün 806 (səkkiz yüz altı) manat olmaqla, cəmi 4221.41 (dörd min iki yüz iyirmi bir manat qırx bir qəpik) borcun və dövlət rüsumu olaraq ödənilmiş 63 (altmış üç) manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X1 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 12 oktyabr 2019-cu il tarixli 80/1019-086 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 3564,66(üç min beş yüz altmış dörd manat altmış altı qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixə olan hesablamalara görə iddiaçıya 3364,66 (üç min üç yüz altmış dörd manat altmış altı qəpik) manat əsas kredit borcu, 50,75 (əlli manat yetmiş beş qəpik) manat faiz borcu, cəmi 3415,41(üç min dörd yüz on beş manat qırx bir qəpik) manat borcu təşkil edir. Cavabdeh2 dəfələrlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKTa olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh2 ilə müqavilə öhdəliklərinin təmini üsulu kimizamin Cavabdeh1 ilə iddiaçı arasında 12 oktyabr 2019-cu il tarixli 80/1019-086Z saylızaminlik müqaviləsi bağlanmış və zamin məsuliyyəti öz üzərinə götürmüşdür. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh2 12 oktyabr 2019-cu il tarixli 80/1019-086 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 200(ikiyüz) manat ümumilikdə 205,94(ikiyüz beş manat doxsan dörd qəpik) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankımüəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% (yeddi faiz) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% (səkkiz faiz) müəyyən etmişdir. 2023-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9% (doqquz faiz) müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh2 ilə “ASEL Kredı̇ t BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 235 manat (3364*7%=235 manat), 2022-ci il üçün 269 manat (3364*8%=269 manat), 2023-ci il üçün 302 manat (3364*9%=302 manat),cəmi 806 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 63 (altmış üç) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 3364.66 (üç min üç yüz altmış dörd manat altmış altı qəpik) manat əsas kredit borcu, 50,75 (əlli manat yetmiş beş qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın üçot dərəcəsinə əsasn 2021-2023-cü illər üçün 806 (səkkiz yüz altı) manat olmaqla, cəmi 4221.41 (dörd min iki yüz iyirmi bir manat qırx bir qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 63 (altmış üç) manat məbləğində vəsait tutularaq İddiaçı BOKT MMC-na ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 3364.66 (üç min üç yüz altmış dörd manat altmış altı qəpik) manat əsas kredit borcu, 50,75 (əlli manat yetmiş beş qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın üçot dərəcəsinə əsasn 2021-2023-cü illər üçün 806 (səkkiz yüz altı) manat olmaqla, cəmi 4221.41 (dörd min iki yüz iyirmi bir manat qırx bir qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 63 (altmış üç) manat məbləğində vəsait tutularaq İddiaçı BOKT MMC-na ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 29 yanvar 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı BOKT MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:40-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:50-də qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-188/2024 29 yanvar 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı BOKT MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh2 3364.66 (üç min üç yüz altmış dörd manat altmış altı qəpik) manat əsas kredit borcu, 50,75 (əlli manat yetmiş beş qəpik) manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın üçot dərəcəsinə əsasn 2021-2023-cü illər üçün 806 (səkkiz yüz altı) manat olmaqla, cəmi 4221.41 (dörd min iki yüz iyirmi bir manat qırx bir qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 63 (altmış üç) manat məbləğində vəsait tutularaq İddiaçı BOKT MMC-na ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar