Məhkəmə qərarları › İş №e-2(075)-1886/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1886/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1886/2024 19.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20770.09 (iyirmi min yeddi yüz yetmiş manat doqquz qəpik) manat əsas, 1755.48 (min yeddi yüz əlli beş manat qırx səkkiz qəpik) manat faiz və 946.21 (doqquz yüz qırx altı manat iyirmi bir qəpik) cərimə borcu olmaqla, cəmi 23471.78 (iyirmi üç min dörd yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat borcun və 162 (bir yüz altmış iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 14.5% olmaqla 28000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. İşində problemlər yarandığından ödəmələrdə gecikmələr yaranmışdır. Borcunu ödəməkdən yayınmır. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə köməklik edilməsini və cərimənin silinməsini xahiş edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli, CC/32883/88/26 saylı kredit saizişindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 14.5 faiz olmaqla 28000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 28000 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-nə 20770.09 (iyirmi min yeddi yüz yetmiş manat doqquz qəpik) manat əsas, 1755.48 (min yeddi yüz əlli beş manat qırx səkkiz qəpik) manat faiz və 946.21 (doqquz yüz qırx altı manat iyirmi bir qəpik) cərimə borcu vardır. İş materiallarında olan İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, İddiaçı ASC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında 16 iyul 2024-cü il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən onlara xəbərdarlıq edilmiş və əks təqdirdə Bank borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 946.21 (doqquz yüz qırx altı manat iyirmi bir qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20770.09 (iyirmi min yeddi yüz yetmiş manat doqquz qəpik) manat əsas, 1755.48 (min yeddi yüz əlli beş manat qırx səkkiz qəpik) manat faiz borcu və 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 23025.57 (iyirmi üç min iyirmi beş manat əlli yeddi qəpik) manat borc və 162 (bir yüz altmış iki) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20770.09 (iyirmi min yeddi yüz yetmiş manat doqquz qəpik) manat əsas, 1755.48 (min yeddi yüz əlli beş manat qırx səkkiz qəpik) manat faiz borcu və 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 23025.57 (iyirmi üç min iyirmi beş manat əlli yeddi qəpik) manat borc və 162 (bir yüz altmış iki) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar