Məhkəmə qərarları › İş №e-2(075)-1890/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1890/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1890/2022 07.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" MMC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" MMC BOKT-na olan 317,13 manat ( üç yüz on yeddi manat 13 qəpik) əsas borc, 9,40 manat faiz borcu olmaqla, cəmi 326,53 manat (üç yüz iyirmi altı manat 53 qəpik) məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb "xxxx" MMC BOKT-nun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC BOKT iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ŞƏK-705/2 №-li kredit müqaviləsinə əsasən, ŞƏK-705/2 №-li birgə borclu qrupunun üzvü kimi Cavabdeh1 1.500 (min beş yüz) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə 23 avqust 2019-cu il tarixli 091RST033 №-li kredit (restrukturizasiya) müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən kreditor borclunun xx.xx.2014-cü il tarixli ŞƏK-705/2 №-li kredit müqaviləsi ilə aldığı 1.500,00 manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 323,10 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu və zamin isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər. Kredit, Fərmana uyğun olaraq illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Bağlanmış restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə görə müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan və zamindən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə görə borclu və zamin bu müqavilə üzrə kreditora çatmalı olan kredit və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə görə borclu öhdəlikləri tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür. Həmin müqavilənin 8.4-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Şəki rayon sakini Cavabdeh2 zamin kimi tanındığı 23 avqust 2019-cu il tarixli 091RST033 №-li kredit (restrukturizasiya) müqaviləsinin 3.4-cü bəndinə görə borclu öhdəliyi tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür, 3.6-cı bəndinə görə isə borclu və zamin öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürürlər. Kredit müqaviləsinə əsasən, cavabdehlər tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələlərin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız qalmışdır. Cavabdehlərin 23 avqust 2019-cu il tarixli 091RST033 №-li kredit (restrukturizasiya) müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına xx.xx.2022-ci il tarixə olan borcu 317,13 manat (üç yüz on yeddi manat 13 qəpik) əsas, 09,40 manat faiz borcu olmaqla cəmi, 326,53 manat (üç yüz iyirmi altı manat 53 qəpik) təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdehlə bağlanmış sözü gedən kredit müqaviləsinin 8.4-ci bəndinə görə müqavilənin icrası ilə bağlı mübahisələr qarşılıqlı müzakirə yolu ilə həll olunmadıqda mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC BOKT-nun nümayəndəsi 22 sentyabr 2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasında vaxt baxımından iştirak edə bilməyəcəyini bildirmiş və işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatından 1.500 (min beş yüz) kredit götürmüşdür. Bildirmişdir ki, həmin kredit müqaviləsinə əsasən zamin Cavabdeh2 bank qarşısında onun öhdəliklərinin icrasını təmin üsulu kimi onunla birgə məsuliyyət daşıyır. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Ailələrində xərçəng xəstəsi olan uşaq var. Uşaq beyinindən əməliyyat olunmalıdır. Bu səbəbdən banka olan borcunu ödəyə bilməmişdir. Kredit müqaviləsi üzrə 317,13 manat əsas borc, 9,40 manat faiz borcu, ümumilikdə cəmi 326,53 manat borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1la "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı tərəfinsən Cavabdeh1 1.500 (min beş yüz) kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən o, bank qarşısında Cavabdeh1 öhdəliklərinin icrasını təmin üsulu kimi onunla bircə məsuliyyət daşıyır. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 091RST033 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1na 5 il müddətinə, illik 1% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh2 Cavabdeh1nın bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 "xxxx" MMC BOKT-dan götürdüyü 1500 manat krediti ona hesablanmış faizləri ilə birlikdə 5 il müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 21 iyun 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC BOKT-a 20 iyun 2022-ci il tarixə 317,13 manat əsas borc, 9,04 manat faiz borcu olmaqla, cəmi 326,17 manat borcunun olduğu bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" MMC BOKT ilə Cavabdeh1 ilə arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 091RST033 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 1 % (bir) faiz dərəcəsi olmaqla 5 (beş) il müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1na kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 və onun zamini Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC BOKT-nun xeyrinə 317,13 manat ( üç yüz on yeddi manat 13 qəpik) əsas borc, 9,40 manat faiz borcu olmaqla, cəmi 326,53 manat (üç yüz iyirmi altı manat 53 qəpik) məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC BOKT-nin xeyrinə 317,13 manat ( üç yüz on yeddi manat 13 qəpik) əsas borc, 9,40 manat faiz borcu olmaqla, cəmi 326,53 manat (üç yüz iyirmi altı manat 53 qəpik) məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar