Məhkəmə qərarları › İş №e-2(075)-1892/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1892/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1892/2024 08.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Şəki Regional Cavabdeh2ndə Notariat Ofisi və Azercell Telekom MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki RegionalCavabdeh2ndə Notariat Ofisinin 27 iyun 2024-cü il tarixli, 8i-10324 reyestr nömrəli icra qeydinin ləğv edilməsi və iddia tələbi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 90 manatın cavabdehlərdən müştərək qaydada tutularaq qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni xx.xx.2024-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlər tərəfindən müəyyən edilmiş borc məbləği üzərindən götüerüldüyündən artıq iddia ərizəsinin baxılmasına lüzum yoxdur və bu barədə məhkəməyə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki Regional Cavabdeh2ndə Notariat Ofisi və Azercell Telekom MMCnin nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Şəki Regional Cavabdeh2ndə Notariat Ofisi və Azercell Telekom MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar