Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1893/2022 07.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 20 Noyabr 2019-cu il tarixli, SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə 2791,85 manat (ikimin yeddi yüz doxsan bir manat 85 qəpik) əsas borc, 6,27 manat (altı manat 27 qəpik) faiz borcu, olmaqla, cəmi 2798,12 manat (iki min yeddi yüz doxsan səkkiz manat 12 qəpik) manat məbləğində borcun və 48 (qırx səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 22 avqust 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 22 sentyabr 2022-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 07 oktyabr 2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. 04 oktyabr 2022-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qayada ərizə göndərərək, Borclu Cavabdeh1 SKM-0241/2_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını davam etdirərək qrafik üzrə ödəniş etdiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı ASC-nə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 48,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 48,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı ASC-nə qaytarılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1893/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1893/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver