Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1894/2024 09.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB - 11412 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2795,28 manat, faiz borcuna görə 342,44 manat, cərimə borcuna görə 0 manat, cəmi 3137,72 manat pul və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Güllü lirə - 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Çalma kalso – 1 ədəd,çəkisi- 5,5,əyarı–583; Kişi üzüyü - 1 ədəd,çəkisi- 6,əyarı–585; Halqa sırğa – 1 ədəd,çəkisi- 0,8,əyarı–585; Boyunbağı - 1 ədəd,çəkisi- 15,6,əyarı–585; Tros boyunbağı – 1 ədəd,çəkisi - 14,4,əyarı–500; Halqa üzük - 1 ədəd,çəkisi - 1,7,əyarı – 375; Cəmi: 51,1 qr. Bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsi üzrə cəmi 3137,72 manat pul və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pulun ödənilməsi, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa,Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB11412 saylı kredit müqaviləsinə əsasən illik 32% dərəcəsi olmaqla 30 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2795,28 manat, faiz borcuna görə 342,44 manat,cərimə borcuna görə 0 manat,cəmi 3137,72 manat təşkiledir. xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimiCavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixlisaxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şəki” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Güllü lirə - 1 ədəd,çəkisi- 7,1,əyarı–880; Çalma kalso – 1 ədəd,çəkisi- 5,5,əyarı–583; Kişi üzüyü - 1 ədəd,çəkisi- 6,əyarı–585; Halqa sırğa – 1 ədəd,çəkisi- 0,8,əyarı–585; Boyunbağı - 1 ədəd,çəkisi- 15,6,əyarı–585; Tros boyunbağı – 1 ədəd,çəkisi- 14,4,əyarı–500; Halqa üzük - 1 ədəd,çəkisi- 1,7,əyarı–375; Cəmi: 51,1 qr. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2795,28 manat, faiz borcuna görə 342,44 manat,cərimə borcuna görə 0 manat,cəmi 3137,72 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin et məmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2023-cü il tarixli SKLMB-11412 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 30 ay müddətinə illik 32 % hesablanmaqla 4697.15 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı saxlanc girov haqqında müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi girov müqaviləsi bağlanmış və borcalana məxsus ümumi çəkisi 51,1 qram olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. xx.xx.2023-cü il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh girov qoyduğu qızılzinət əşyalarının bank tərəfinfən yenidən bank daxili qiymətləndirmə aparılaraq bankdaxili satılmasına etirazı yoxdur. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay 146,54 manat olmaqla 30 ay müddətinə 32 % olmaqla Rabtəbank ASC-yə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli RB02/PK-2905 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli SKLMB-11412 saylı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borcuna görə 2795,28 manat, faiz borcuna görə 342,44 manat olmaqla cəmi 3137,72 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli RB02/PK-2906 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun 3 iş günü müddətində ödənilməsi, əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB - 11412 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2795,28 (iki min yeddi yüz doxsa beş manat iyirmi səkkiz qəpik) manat, faiz borcuna görə 342,44 (üç yüz qırx iki manat qırx dörd qəpik) manat, cəmi 3137,72 (üç min yüz otuz yeddi manat yetmiş iki qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 52 (əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti Güllü lirə - 1 ədəd,çəkisi- 7,1,əyarı – 880; Çalma kalso – 1 ədəd,çəkisi - 5,5,əyarı – 583; Kişi üzüyü - 1 ədəd,çəkisi - 6,əyarı – 585; Halqa sırğa – 1 ədəd,çəkisi - 0,8,əyarı – 585; Boyunbağı - 1 ədəd,çəkisi - 15,6,əyarı – 585; Tros boyunbağı – 1 ədəd,çəkisi - 14,4,əyarı – 500; Halqa üzük - 1 ədəd, çəkisi - 1,7,əyarı – 375; Cəmi: 51,1 qram qızıl-zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SKLMB-11412 saylı kredit müqaviləsi üzrə cəmi 3137,72 manat pul və dövlət rüsumu kimi ödənilmiş 52 manat məbləğində pul ödənilsin. Girov əmlakının satışından əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda ödənilməli olan borcun qalan hissəsi cavabdehdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1894/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1894/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver