Məhkəmə qərarları › İş №e-2(075)-19/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-19/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-19/2024 12.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X1 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən 845.81 ABŞ dolları əsas, 522.08 ABŞ dolları faiz, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 468.5 manat əsas, 350.3 manat faiz, 26.96 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 195 manat əsas, 210 manat faiz, 32.6 manat cərimə borcunun, cəmi 1367.89 ABŞ dolları və 1283.36 manat borcun və 57 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nazarov Qurban Məhəmmədiyə oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən bank ona 1855.18 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 500 manat, xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 200 manat məbləğində kredit vermişdir. Hazırda mərhum Nazarov Qurban Məhəmmədiyə oğlunun Banka ümumi olaraq 1367.89 ABŞ dolları və 1283.36 manat borcu vardır. Nazarov Qurban Məhəmmədiyə oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X3 Nazarov Qurban Məhəmmədiyə oğlunun qanuni vərəsələridirlər. Nazarov Qurban Məhəmmədiyə oğlu tərəfindən vərəsələrinə qalan miras əmlak Şəki şəhər, Kapital Bank ASC-nin xx.xx.2018-ci il tarixli məktubuna əsasən mərhum Nazarov Qurban Məhəmmədiyə oğluna məxsus olan AZ67AİİB******************** nömrəli cari hesabda olan pul vəsaitindən və ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə Nazarov Qurban Məhəmmədiyə oğluna verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 4.7619 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilən torpaq sahəsini mərhum atası öz sağlığında satmışdır. Lakin həmin torpağın satılmasını sənədlə rəsmiləşdirilməmişdir. Bildirmişdir ki, maddi imkanı aşağıdır. İddia tələbində göstərilən borc məbləğlərini ödəməyə maddi imkanı yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh3 ilə eyni məzmunlu izahat verərək qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, DK0865513/14D saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Nazarov Qurban Məhəmmədiyə oğluna 200 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, BAL1586813/14 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Nazarov Qurban Məhəmmədiyə oğluna 500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Nazarov Qurban Məhəmmədiyə oğluna 1855.18 ABŞ dolları məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 noyabr 2022-ci il tarixli maaliyyə arayışından görünür ki, Nazarov Qurban Məhəmmədiyə oğlunun 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən 845,81 ABŞ dolları əsas, 522,08 ABŞ dolları faiz, 15 may 2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 468,5 manat əsas, 350,3 manat faiz, 26,96 manat cərimə borcu, 15 may 2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 195 manat əsas, 210 manat faiz və 32,6 manat cərimə borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Nazarov Qurban Məhəmmədiyə oğlu 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı kredit müqaviləsi üzrə 1855,18 ABŞ dolları borcunu ona hesablanmış faizləri ilə birlikdə 48 ay müddətinə qaytarmalı olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasından görünür ki, Nazarov Qurban Məhəmmədiyə oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən 1437,88 ABŞ dolları əsas, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 468.5 manat əsas, xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 195 manat əsas borcu vardır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 05 fevral 2018-ci il tarixli, AZ-İ 899358 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Nazarov Qurban Məhəmmədiyə oğlunun 26 yanvar 2018-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Nazarov Qurban Məhəmmədiyə oğlunun vərəsələri qızı Cavabdeh1, qızı Cavabdeh4, oğlu Cavabdeh2 və oğlu Cavabdeh3dur. Onların hər biri miras əmlakdan ¼ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən ümumi sahəsi 4.7619 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 06 yanvar 2016-cı il tarixli, AZ-İ 836674 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 04 yanvar 2017-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən notarial qaydada yazılmış 29 may 2020-ci il tarixli ərizələrdən görünür ki, onlar mərhum atalarından Şəki rayonu Çayqaraqoyunlu kəndində miras qalmış əlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdilər. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 08 iyun 2020-ci il tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 4.7619 kv.metr torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Nazarov Qurban Məhəmmədiyə oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X2 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 14 avqust 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Nazarov Qurban Məhəmmədiyə oğlunun vərəsəsi Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli məktubuna əsasən mərhum Nazarov Qurban Məhəmmədiyə oğluna məxsus olan AZ67AİİB******************** nömrəli cari hesabda olan pul vəsaitindən ibarətdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 08 avqust 2018-ci il tarixli, 550 saylı məktubundan görünür ki, mərhum Nazarov Qurban Məhəmmədiyə oğluna məxsus "xxxx" ASC-nin AZ67AİİB******************** saylı cari hesab və həmin hesabda pul vəsaiti vardır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 09 avqust 2018-ci il tarixli, 515 saylı vərəsəliyə dair arayışdan görünür ki, Nazarov Qurban Məhəmmədiyə oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun varisləri mərhum X5, oğlu Cavabdeh2 və oğlu Cavabdeh3dur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ASC ilə mərhum Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, DK0865513/14D saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 200 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, BAL1586813/14 saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 500 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 1855.18 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən borcluya kredit məbləğinin verilməsinə, Nazarov Qurban Məhəmmədiyə oğlu tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, vəfat etdiyi üçün müqavilələr öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən mərhum Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, DK0865513/14D saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 200 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 15 may 2014-cü il tarixli, BAL1586813/14 saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 500 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı kredit müqaviləsinə əsasən Nazarov Qurban Məhəmmədiyə oğluna 1855.18 ABŞ dolları məbləğində kredit verilmişdir. Nazarov Qurban Məhəmmədiyə oğlu 04 yanvar 2017ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Nazarov Qurban Məhəmmədiyə oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hesab edilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras qalan əmlak Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən ümumi sahəsi 4.7619 ha olan torpaq sahəsindən ibarət olmuşdur. Bundan başqa vərəsəsi Cavabdeh3 mərhumun AZ67AİİB******************** nömrəli cari hesabda olan pul vəsaiti miras olaraq qalmışdır. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Nazarov Qurban Məhəmmədiyə oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik hüququna əsasən üzərilərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqavilə üzrə 522.08 ABŞ dolları faiz, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqavilə üzrə 350.3 manat faiz, 26.96 manat cərimə borcu və xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqavilə üzrə 210 manat faiz, 32.6 manat cərimə borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Bundan əlavə, Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan iki ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, Nazarov Qurban Məhəmmədiyə oğlu ilə İddiaçı ASC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borc məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Beləliklə, şərh edilənlərə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçı "xxxx" KB ASC ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən 1437,88 manat əsas borc, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 468.5 manat əsas borc, xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 195 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 41,10 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Nazarov Qurban Məhəmmədiyə oğlu arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, RP/53646/52/13 saylı müqaviləyə əsasən 1437,88 manat əsas borc, xx.xx.2014-cü il tarixli, BAL1586813/14 saylı müqaviləyə əsasən 468.5 manat əsas borc, xx.xx.2014-cü il tarixli, DK0865513/14D saylı müqaviləyə əsasən 195 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 41,10 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar