Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-190/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə Cavabdeh 20 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pulməbləğində alimentin onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların nikahları Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd icra nümayəndəliyində 37 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət aralarında səmimi münasibətlər olsa da, sonradan ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Bildirmişdir ki, ayrıldıqdan sonra aralarında bağlanmış nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olmuş 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 onun yanında saxlanılmaları, Cavabdeh 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat, olmaqla cəmi 180 (bir yüz səksən) manat miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Göstərmişdir ki, həmin vaxtdan uzun müddət keçmiş, hazırda onun maddi vəziyyəti çox aşağıdır və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 90 manat sabit pulməbləğində aliment uşaqların saxlanması üçün yetərli deyildir. Hazırda o, uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərmir. O, uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar işləməkdə çətinlik çəkir. Bildirmişdir ki, uşaqların saxlanması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 193 manat təşkil etdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 90 manat aliment tutulur. Həmin aliment məbləği isə uşaqların ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaradır. O da uşaqlarının zəruri xərclərini ödəyə bilmir və uşaqların xərclərini çətinliklə qarşılayır. Uşaqların saxlanılması üçün xərclər çox olduğuna görə cavabdehdən hər uşaq üçün tutulan 90 manat sabit pul məbləğində aliment miqdarı həmin xərcləri ödəmir. Cavabdehlə aralarında bağlanmış nikah pozularkən birgə nikahlarından olan uşaqlar onun himayəsinə verilmiş, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin, yəni onun üzərinə düşmüşdür. Bildirmişdir ki, o, özü marketdə işləyir. Aldığı aylıq əmək haqqısı uşaqların zəruri ehtiyyaclarını qarşılamır. Balaca oğlu xərçəng xəstəliyindən əzab çəkir. Onun müalicəsi üçün xeyli miqdarda pul lazım olur. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılması və cavabdehdən hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, İddiaçı ilə 01 noyabr 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət səmimi yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrımışlar. Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan uşaqları 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılmış, birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşaq üçün 90 (doxsan) manat, olmaqla cəmi 180 (bir yüz səksən) manat alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, o, avto yuma məntəqəsində işləyir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğini vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyun ayına kimi alimentdən əlavə iddiaçıya uşaqların saxlanılması üçün əlavə olaraq maddi yardım etmiş, ayda 300 manat pul vermişdir. Lakin 2022-ci ilin iyun ayından sonra maddi imkanı aşağı olduğu üçün iddiaçıya ayda 200 manat pul vermişdir. Sonradan ailə qurmuşdur. Yeni evliliyindən iki azyaşlı uşağı vardır. Göstərmişdir ki, onun hal-hazırda maddi imkanı aşağıdır. Hər iki valideyni xəstədir. Ayda cəmi 250 manat məbləğdə aliment ödəyə bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 noyabr 2009-cu il tarixli, AZ-İİ 375391 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 26 sentyabr 2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 08 yanvar 2012-ci il tarixli, AZ-İİ 798309 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 yanvar 2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 saylı qətanaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 noyabr 2008-ci il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İcra nümayəndəliyində bağlanmış 37 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılmaları və 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 fevral 2018-ci il tarixli, AZ-İ 290281 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın ləğv edilməsi akt qeydləri kitabında 34 nömrə ilə qeyd olunmuşdur. Nikah pozulduqdan sonra arvada Qasımova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli, MŞŞ/1/01122 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı 06 oktyabr 2022-ci il tarixdə, 11:00 - 13:00 saatlarında və 27 oktyabr 2022-ci il tarixdə, 12:00 - 13:00 saatlarında keçirilən ilkin mediasiya sessiyalarında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini, həmçinin cavabdehin ikinci dəfə ailə quraraq həmin nikahdan da 2 azyaşlı uşağının olmasını nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 26 sentyabr 2009-cu il təvəllüdlü X2 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(075)-5833/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilsin və həmin aliment məbləği tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-190/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-190/2023
03.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver