Məhkəmə qərarları › İş №e-2(075)-1903/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1903/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1903/2022 27.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsi üzrə 511,21 manat əsas borc, 19,81 manat faiz borcu, 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı saxlanc girovu müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin İddiaçı ASCnin nümayəndəsi məhkəməyə 27 oktyabr 2022-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsinə əsasən illik 29 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 880 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı saxlanc girov müqaviləsi bağlanaraq çəkisi 9,8 qram olan 1 ədəd təkqaş komplekt və çəkisi 13,8 qram olan 1 ədəd kolyeli yoluçka sep saxlanc üçün kassaya təhvil verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay 85,36 manat ödəməli olduğu halda öhdəliyə əməl etməyərək kredit borcunu ödəməkdən yayınmışdır. 11 avqust 2022-ci il tarixə olan maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka 511,21 manat əsas borc, 19,81 manat faiz borcu, 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh şəxsi məqsədi ilə illik 29 faiz olmaqla 12 ay müddətində ilə 880 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı saxlanc girovu müqaviləsinin surətindən görünür ki, tərəflər arasında girov müqaviləsinin predmeti olan Cavabdeh mülkiyyətindəki çəkisi 9,8 qram olan 1 ədəd təkqaş komplekt və çəkisi 13,8 qram olan 1 ədəd kolyeli yoluçka sepdən ibarət qızıl-zinət əşyaları girov qoyulmuşdur. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 11 avqust.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsi üzrə 511,21 manat əsas borc, 19,81 manat faiz borcu, 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Şəki” filialından illik 29 faiz olmaqla 12 ay müddətində ilə 880 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı girov müqaviləsi bağlanaraq cavabdehin mülkiyyətindəki çəkisi 9,8 qram olan 1 ədəd təkqaş komplekt və çəkisi 13,8 qram olan 1 ədəd kolyeli yoluçka sepdən ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırda Cavabdeh İddiaçı ASC-yə 511,21 manat əsas borc, 19,81 manat faiz borcu, 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat məbləğində borcu vardır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsasən tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci mаddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаddəsinə əsasən borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаddəsinə əsasən öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinə əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449.1-ci mаddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci mаddəsinə əsаsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracda satış yolu ilə realizə edilir. Göründüyü kimi İddiaçı ASC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə belə qənatə gəlir ki, Cavabdeh öhdəliyi icra etmədiyi üçün tələb girov qoyulmuş əşyaya yönəldilməli və həmin əşyalar açıq hərraç vasitəsi ilə satılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsinə əsasən 511,21 manat əsas borc, 19,81 manat faiz, 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma borcun təminatı olaraq girov qoyulmuş Cavabdeh mülkiyyətində olan çəkisi 9,8 qram olan 1 ədəd təkqaş komplekt və çəkisi 13,8 qram olan 1 ədəd kolyeli yoluçka sepdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsi üzrə 511,21 manat əsas, 19,81 manat faiz borcu və 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan 01 (bir) ədəd 9.8 qr çəkidə təkqaş komplekt, 01 (bir) ədəd 13,8 qr çəkidə kalyeli yoluçka sep olmaqla, cəmi 23.6 qram olan qızıl məmulatlarına yönəldilsin. Həmin girov predmetləri açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra, 511,21 manat əsas, 19,81 manat faiz borcu və 37,76 manat cərimə borcu olmaqla, cəmi 568,78 manat borc və 30.00 manat dövlət rüsumunun ödənilməsi təmin edilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2021-ci il tarixli, SKLMB-07923 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar