Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1905/2022 20.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Cavabdeh, İİİ şəxs Şəki rayonu, Kiş Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən və Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın öz hesablarına sökülməsi və yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclasları 26 sentyabr 2022-ci il, 06 oktyabr 2022-ci il tarixlərdə keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 20 oktyabr 2022-ci il tarixə saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 20 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına İddiaçı və cavabdeh X4 gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh isə məhkəmə iclasında izahat verərərək işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. İİİ şəxs Şəki rayonu, Kiş Bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Şəki rayonu Kiş kəndində yerləşən fərdi yaşayış evinin qonşuluğunda yerləşən və Kiş bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehlərin qanunsuz olaraq qoyduqları darvazanın öz hesablarına sökülməsini və yolun açılmasını xahiş etsə də, iddiaçı iddia ərizəsini məhkəməyə özünə məxsus olan olan elektron mza vasitəsilə imzalamamış, işlədiyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 məxsus olan elektron kabinet vasitəsilə müraciət etmiş və imzalamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddia ərizəsi İddiaçı məxsus olan elektron imza vasitəsilə deyil, işdə tərəf olmayan başqa bir hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 məxsus olan elektron kabinet vasitəsilə imzalamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan hüquqi şəxsə məxsus olan elektron imza vasitəsilə imzalandığından iddia ərizəsi baxılmamış saxlanılmalı, qərardaddakı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “qanunsuz qoyulmuş darvazanın cavabdehlərin öz hesablarına sökülməsi və yolun açılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1905/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1905/2022
20.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver