Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1925/2022 25.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4200 (dört min iki yüz) manat borc, Cavabdeh3 2800 (iki min səkkiz yüz) manat borc, Cavabdeh2 2300 (iki min üç yüz) manat olmaqla ümumilikdə 9300 (doqquz min üç yüz) manat borcun və ödənilmiş 113 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsi rəhbər tutularaq ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə ki, iddia ərizəsini və işdə olan sənədləri təhlil edərkən müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etdiyi cəmi 9300 manat məbləğdə əsas borc məbləği mülki prosessual məcəllənin 284-1-ci maddəsinin tələblərinə zidd olaraq beş min manatdan artıqdır. Bundan başqa İddiaçı Cavabdeh1 4200 manat, Cavabdeh2 2300 manat və Cavabdeh3 2800 manat tələb etsə də, iddia ərizəsində tələb etdiyi həmin məbləğləri cavabdehlərə verməsi ilə bağlı hər hansı mötəbət sübutu işə əlavə etməmişdir. İşə əlavə edilmiş əlyazmaların isə cavabdehlər tərəfidən yazılması mübahisəlidir. Göründüyü kimi hazırki mülki işdə ziddiyət mövcud olduğundan həmin işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün deyildir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı, İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilniş 113 manat məbləğində dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunsun. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilniş 113 manat məbləğində dövlət rüsumu İddiaçı özünə qaytarılsın. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakin Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1925/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1925/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver