Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-193/2024 15.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulmasına dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 4929.50 manat əsas borc və 81.40 manat faiz borcu olmaqla, cəmi 5010.90 manat borcun və ödənilmiş 70.51 AZN dövlət rüsumunun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisi olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsi 06 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, 2(075)- 193/2024 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290.17 manat əsas borc və 14.56 manat faiz borcu olmaqla, cəmi 1304.73 manat borcun və ödənilmiş 33.45 AZN dövlət rüsumunun vərəsəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 28 avqust 2023-cü il tarixdə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması zərurəti yarandığından Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(075)-2065/2023 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxsin mərhumun hüquqi varisinin olması anlamına gəlir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Şəki Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(075)-133/2024 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-133/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)-193/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilmiş, mülki işlər 2(075)-193/2024 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, mərhum atası 31 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, atasında miras kimi “Vaz 2106” markalı, **- BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qalmışdır. Həmin avtomobili atası özü etibarnamə ilə satmışdır. Sadəcə olaraq avtomobilin sənədlərinin rəsmiləşdirilməsi üçün onun adına qeydiyyata salınmışdır. Vərəsəlik haqqında şəhadətnamə alınandan sonra avtomobil sahibinin adına qeydiyyata alınmışdır. Avtomobilin rəsmi satış qiymətini bilmir. Həmin avtomobil köhnə vəziyyətdə olmuşdur. Matoru işləməmişdir. Bildirmişdir ki, onun atasının kredit almağından məlumatı olmamışdır. Ancaq bankdan məktub gələndən sonra bilmişdir. Mərhum atasına məxsus olan avtomobil təxminən 2021-ci ilin sentyabr ayında satılmışdır. Maddi imkanı aşağıdır. Hal-hazırda heç yerdə işləmir. Borcu ödəməyə maddi imkanı yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1523nkSHEK/21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Yusifov Rəfayıl Yusif oğluna 60 ay müddətinə illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5376sSHEK/21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Yusifov Rəfayıl Yusif oğluna 60 ay müddətinə illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Yusifov Rəfayıl Yusif oğlu xx.xx.2021-ci il tarixli 1523nkSHEK/21 nömrəli kredit müqaviləsinə əsasən götürdüyü 5000 manat məbləğdə krediti ona hesablanmış faizləri ilə birlikdə 60 ay müddətinə qaytarmalı olmuşlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Yusifov Rəfayıl Yusif oğlunun xx.xx.2021ci il tarixli 1523nkSHEK/21 nömrəli kredit müqaviləsi üzrə 25 iyul 2023-cü il tarixinə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 4929,5 manat əsas, 81,4 manat faiz olmaqla, cəmi 5010,90 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Yusifov Rəfayıl Yusif oğlunun xx.xx.2021ci il tarixli 5376sSHEK/21 nömrəli kredit müqaviləsi üzrə 25 iyul 2023-cü il tarixinə "xxxx" X1 Səhmdar Cəmiyyətinə 1290,17 manat əsas, 14,56 manat faiz olmaqla, cəmi 1304,73 manat borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğini tam olaraq 5 iş günü müddətində qatarması bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli, AZ-İİ 243778 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Yusifov Rəfayıl Yusif oğlunun 31 yanvar 2022-ci il tarixdə vəfat etməsi, ölüm haqqında aktq qeydləri kitabında 32 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 31 avqust 2022-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfa etmiş Yusifov Rəfayıl Yusif oğlunun vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak XTA210610D0803965 ban nömrəli, ******* mühərrik nömrəli, 1983-cü il buraxılışlı, “VAZ 21061” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobildən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Magell qiymətləndirmənin 08 fevral 2024-cü il tarixli, 002/2024 saylı rəyindən görünür ki, Cavabdeh məxsus XTA210610D0803965 ban nömrəli, ******* mühərrik nömrəli, 1983-cü il buraxılışlı, “VAZ 21061” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin bazar dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirmə həyata keçirilmiş, avtomobilin 2022-ci ilin avqust - sentyabr aylarına olan təqribi dəyəri 2500 manat məbləğdə müəyyən edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" KB ASC ilə mərhum Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1523nkSHEK/21 nömrəli kredit müqaviləsinə əsasən mərhum Yusifov Rəfayıl Yusif oğluna 60 ay müddətinə illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" KB ASC ilə mərhum Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5376sSHEK/21 nömrəli kredit müqaviləsinə əsasən mərhum Yusifov Rəfayıl Yusif oğluna 60 ay müddətinə illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri əsasında iddiaçı bank tərəfindən borcluya kredit məbləğinin verilməsinə, Yusifov Rəfayıl Yusif oğlu tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, vəfat etdiyi üçün müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən mərhum Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1523nkSHEK/21 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 27% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən mərhum Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5376sSHEK/21 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 29% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Yusifov Rəfayıl Yusif oğlu 31 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Yusifov Rəfayıl Yusif oğlunun vərəsəsi Cavabdeh hesab edilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən miras qalan əmlak XTA210610D0803965 ban nömrəli, ******* mühərrik nömrəli, 1983-cü il buraxılışlı, “VAZ 21061” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı minik avtomobildən ibarət olmuşdur. Qanunvericiliyin tələbləri baxımından vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi iddiaçı bank tərəfindən mərhum Yusifov Rəfayıl Yusif oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh vərəsəlik hüququna əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" X1 Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi mərhum borclu Yusifov Rəfayıl Yusif oğlundan vərəsəsi, yəni Cavabdeh miras olaraq “VAZ 21061” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qalmışdır. Cavabdeh məhkəmə iclasında mərhum atasından miras qalmış avtomobili atası özü sağ olan zaman satdığını qeyd etsə də, iş materialları ilə bu hal sübuta yetməmişdir. Göründüyü kimi cavabdehə miras qalmış avtomobil mərhum atasının mülkiyyətində olmuşdur. Atası vəfat etdikdən sonra həmin avtomobil vərəsəlik qaydasında cavabdehə keçmişdir. Avtomobilin əvvəl satılmasına dair hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə əsaslı hesab etmir. İşdə olan Magell qiymətləndirmənin 08 fevral 2024-cü il tarixli, 002/2024 saylı rəyinə əsasən Cavabdeh məxsus XTA210610D0803965 ban nömrəli, ******* mühərrik nömrəli, 1983-cü il buraxılışlı, “VAZ 21061” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin 2022-ci ilin avqust - sentyabr aylarına olan təqribi dəyəri 2500 manat məbləğdə müəyyən edilmişdir. İddia tələbindən müəyyən olunur ki, iddiaçı bank cavabdehdən xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 4929.50 manat əsas borc və 81.40 manat faiz borcu olmaqla, cəmi 5010.90 manat borcun, eyni zamanda xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290.17 manat əsas borc və 14.56 manat faiz borcu olmaqla, cəmi 1304.73 manat borcun tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələb elədiyi boc məbləğləri cavabdehə çatan miras əmlakın həcmindən çoxdur. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Cavabdeh mərhum qəbul etdiyi miras əmlakın dəyərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290,17 manat əsas borc, 14,56 manat faiz borcu, həmçinin xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1195,27 manat məbləğdə əsas borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Tələb edilən qalan borc məbləğləri cavabdeh tərəfindən qəbul edilən miras əmlakın dəyərindən artıq olduğundan məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Beləliklə, şərh edilənlərə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290,17 manat əsas borc və 14,56 AZN faiz borcu olmaqla, cəmi 1304.73 manat borc, iddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1195,27 manat əsas borc Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməli, iddia əsaslı olmadığından qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 33.45 AZN dövlət rüsumu cavabdehdən tam tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 70.51 manat dövlət rüsumunun 16,80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 53,71 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021ci il tarixli, 1523nkSHEK/21 saylı kredit müqaviləsi üzrə 1290,17 manat əsas borc və 14,56 AZN faiz borcu olmaqla, cəmi 1304.73 manat borc və ödənilmiş 33.45 AZN dövlət rüsumu, iddiaçı "xxxx" KB ASC ilə Yusifov Rəfayıl Yusif oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5376sSHEK/21 saylı kredit müqaviləsi üzrə 1195,27 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 16,80 manatı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-193/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-193/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver