Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1932/2022 25.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 LPO ASC, Əmanətlərin Sığrtalanması fondu, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi və İİİ şəxs Azərbaycan Respublikası Mərkəzi bankına qarşı “kompensasiya məbləğinin silinməsi və qalıq məbləğin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanını onun problemli kreditinə hesablanmış 5174,39 manat kompensasiya məbləğinin 4619,52 manat hissəsinin Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcundan silinməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan DəmirBank ASC və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi, Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcundan kompensasiya məbləği silindikdən sonra, eyni zamanda əmək haqqından tutulmalarda çıxıldıqdan sonra qalıq qalmış məbləğin restrukturizasiya edilməsi öhdəliyini cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanı Bakı şəhəri, Babək pr, 16 kimi göstərilmişdir. Göründüyü kimi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 16 ünvanında, cavabdeh Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Babək pr, 16 ünvanında qeydiyyatdadır. Belə olduğu halda iddiaçı iddianı Şəki rayon məhkəməsinə deyil, cavabdehin rəsmi qeydə alındığı yerin müvafiq məhkəməsinə verməlidir. Belə ki, cavabdehlərin rəsmi olaraq qeydiyyata alındığı yer mövcuddur. İddiaçının iddia ərizəsindən görünür ki, iddia tələbi hüquqi şəxs olan LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Əmanətlərin Sığortalanması Fonduna və formal olaraq cavabdeh qismində qeyd edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə yönəlmişdir. Göründüyü kimi cavabdehlər LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxsdir və onların hüquqi ünvanı Bakı şəhərindədir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Əmanətlərin Sığortalanması Fondu ilə yanaşı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsini formal olaraq cavabdeh qismində cəlb etməklə işə Şəki rayon məhkəməsində baxılmasına nail olmağa çalışmışdır. İddia tələbindən də iddia ərizəsi üzrə iddiaçının Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qarşı yönələn hər hansı tələb yoxdur. Həmçinin iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, qeyd olunan iddia qiymətləndirilən deyil, qiymətləndirilməyən iddialar kateqoriyasına aiddir Buna görə də iddiaçı iş üzrə 34 manat deyil, 100 manat dövlət rüsumu ödəməli idi. Bütün yuxarıda şərh edilənlərə əsasən iddia ərizəsi cavabdehlərin qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki rayon məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı özünə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci madəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh2 LPO ASC, Əmanətlərin Sığrtalanması fondu, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi və İİİ şəxs Azərbaycan Respublikası Mərkəzi bankına qarşı “kompensasiya məbləğinin silinməsi və qalıq məbləğin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 34 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1932/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1932/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver