Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1934/2025 21.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 484/2018 saylı Kredit müqaviləsi üzrə 2396.26 (iki min üç yüz doxsan altı manat iyirmi altı qəpik) manat, faiz borcu 633.73 (altı yüz otuz üç manat yetmiş üç qəpik) manat və 839 (səkkiz yüz otuz doqquz) manat dəbbə borcu olmaqla, cəmi 3868.99 (üç min səkkiz yüz altmış səkkiz manat doxsan doqquz qəpik) manat kredit borcunun və 58.69 (əlli səkkiz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında 23.10.201i 8il-tcarixli 484/2018 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2018ci il tarixli 484/2018 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 36 (otuz altı) faiz hesablanmaq şərti ilə, 60 (altmış) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Qeyd etmək istəyirik ki, xx.xx.2018-cü il tarixli 484/2018 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, xx.xx.2018-cü il tarixli 484/2018 saylı Kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə olan əsas borcu 2396.26 (iki min üç yüz doxsan altı manat iyirmi altı qəpik) manat, faiz borcu 633.73 (altı yüz otuz üç manat yetmiş üç qəpik) manat və 839 (səkkiz yüz otuz doqquz) manat dəbbə borcu olmaqla, cəmi 3868.99 (üç min səkkiz yüz altmış səkkiz manat doxsan doqquz qəpik) manat kredit borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadansadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 484/2018 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə, illik faiz dərəcəsi illik 36 % olmaqla 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərmişdir. İş materiallarından görünür ki, cavabdehin həmin tarixə 2396,26 manat əsas, 633,73 manat faiz və 839 manat dəbbə borcu borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 2396,26 manat əsas, 633,73 manat faiz borcu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən 50 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən 50.80 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2396,26 (iki min üç yüz doxsan altı manat iyirmi altı qəpik) manat əsas, 633,73 (altı yüz otuz üç manat yetmiş üç qəpik) manat faiz, 50 (əlli) manat cərimə olmaqla, cəmi 3079,99 (üç min yetmiş doqquz manat doxsan doqquz qəpik) manat borc və 50,80 (əlli manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1934/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1934/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver