Məhkəmə qərarları › İş №e-2(075)-1936/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1936/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1936/2024 27.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 395,21 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə (bundan sonra bank) Cavabdeh arasında xx.xx.2022-ci il tarixində MC World kartmane debit kartmane kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən Cavabdehə 5261******4413 saylı bank kartı verilmiş və AZ38RBTA******************** saylı kart hesabı açılmışdır. xx.xx.2023-cü il tarixində müştərinin hesabına 272 AZN və 130 AZN məbləğ terminaldan mədaxil olunarkən iki dəfə (804 AZN) oturub, müştəri bankomatdan məxaric etmişdir. Növbəti gün isə vəsait geri silinmişdir. Nəticədə müştərinin 402 AZN overdrafta borcu yaranmiş, hesabında vəsait olduğu üçün 10 AZN overdrafta borcundan silinmiş və 392 AZN borc qalmişdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə borcu 395,21 AZNdir. Bankın “şəki” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2024-ci il tarixli, RB02/PK- 3176 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq,cavabdeh bu günədək banka məxsus olan 395,21 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə,cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuzsaxlamaqla bankımıza maddizərər vurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə (bundan sonra bank) Cavabdeh arasında xx.xx.2022-ci il tarixində MC World kartmane debit kartmane kart müqaviləsi bağlanmışdır. 11 iyul 2024-cü il tarixli arayışdan göründüyü kimi xx.xx.2023-cü il tarixində müştərinin hesabına 272 AZN və 130 AZN məbləğ terminaldan mədaxil olunarkən iki dəfə (804 AZN) oturub, müştəri bankomatdan məxaric etmişdir. Növbəti gün isə vəsait geri silinmişdir. Nəticədə müştərinin 402 AZN overdrafta borcu yaranmiş, hesabında vəsait olduğu üçün 10 AZN overdrafta borcundan silinmiş və 392 AZN borc qalmişdır. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 739.1, 739.2, 743.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 395,21 manat məbləğində pul tutularaq İddiaçı ASCyə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh cəmi 395,21 manat məbləğində pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar