Məhkəmə qərarları › İş №e-2(075)-1938/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1938/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1938/2022 31.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 234.13 (iki yüz otuz dörd manat 13 qəpik) manat əsas borcun, 0.03 (03 qəpik) manat faiz borcunun, cəmi 234.16 (iki yüz otuz dörd manat 16 qəpik) manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********06 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi”adlandırılacaq) əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 16 faiz ödənilməsi şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında BPM**********06 nömrəli xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi (bundan sonra “Zaminlik müqaviləsi”adlandırılacaq) bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2.1-ci yarım bəndinə əsasən borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tamşəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsiniBankın zamindən tələb etmək hüququ vardır. Bank tərəfindən cavabdehlərə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən onların üzərinə düşən öhdəliklər icra edilməmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına uyğun olaraq göstərilən tarixə borc alan Cavabdeh2 iddiaçı "xxxx"ASC-yəəsas borc üzrə 234.13 (iki yüz otuz dörd manat 13 qəpik) manat, faiz borcu üzrə 0.03 (03 qəpik) manat, cəmi 234.16 (iki yüz otuz dörd manat 16 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 qızına 24 ay müddətinə illik 16 % ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 "xxxx" ASC qarşısındakı 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 3500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə illik 16 % ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 234.13 manat əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 234.16 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 234.13 manat əsas borc, 0.03 manat faiz borcu olmaqla, cəmi 234.16 manat borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq BankıASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar