Məhkəmə qərarları › İş №e-2(075)-1938/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1938/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1938/2025 03.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 325799-CNS-51511 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 132.53 (bir yüz otuz iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2.549,47 (iki min beş yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45.49 (qırx beş manat qırx doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 325799-CNS-51511 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə görə Cavabdeh borcu kapitallaşdıraraq 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində borcu illik 13 (on üç) faiz hesablanması şərti ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 325799-CNS-51511 nömrəli Kredit Müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən, cavabdehin Banka 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində əsas borcu, 654.00 (altı yüz əlli dörd) manat faiz borcu olmaqla, ümumilikdə 3070.94 (üç min yetmiş manat doxsan dörd qəpik) manat məbləğində borcu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən, Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə, cavabdehin Banka 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 132.53 (bir yüz otuz iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2.549,47 (iki min beş yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1273P saylı pretenziya məktubundan görünür ki, bank tərəfindən Cavabdeh banka olan bütün borc məbləğlərini 3 iş günü ərzində ödəməsi bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli 325799-CNS-51511 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 132.53 (bir yüz otuz iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2.549,47 (iki min beş yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45.49 (qırx beş manat qırx doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 325799-CNS-51511 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 2.416,94 (iki min dörd yüz on altı manat doxsan dörd qəpik) manat məbləğində əsas borc, 132.53 (bir yüz otuz iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 2.549,47 (iki min beş yüz qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45.49 (qırx beş manat qırx doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar