Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1939/2022 28.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əvəzinə ödədiyi 3056,15 manat məbləğində pulun və iddia qaldırmaq üçün ödədiyi 51 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Milli Elmlər X1 Elmi Mərkəzində işləyir. Cavabdeh mənim tanışıdır. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən kredit verilmiş və kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliklərə əməl etməmiş, kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını ödəmədiyindən "xxxx" ASC onlara qarşı borc tələbinə dair məhkəməyə müraciət etmiş və iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsini icra etmək üçün onun əmək haqqından 3056,15 manat tutularaq Cavabdeh borcunun ödənilməsinə yönəldilmişdir. Həmin pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, cavabdeh onun pulunu qaytarmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, Cavabdeh 3056,15 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(075)-7350/2016 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin iddiası təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2470,86 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər X1 Elmi Mərkəzi tərəfindən Şəki rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 16 avqust 2022-ci il tarixli, 86/98 nömrəli məktubun surətindən görünür ki, İddiaçı aylıq əmək haqqından 2726,45 manat kredit borcu və 329.7 manat icra xərci olmaqla, cəmi 3056,15 manat məbləğində pul tutulmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəldən tanışdırlar. "xxxx" ASC tərəfindən Cavabdeh kredit verilmiş və kredit müqaviləsinin təminatı olaraq İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən "xxxx" ASC onlara qarşı borc tələbinə dair məhkəmədə iddia qaldırmış və Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(075)-7350/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2470,86 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh rəsmi qazancı olmadığından, borcun tutulması zamin olaraq hazırkı iş üzrə İddiaçı əmək haqqına gönəldilmiş və onun əmək haqqından 3056,15 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə olan kredit borcu ödənilmişdir. Bu səbəbdən iddiaçı həmin pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları, fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu, pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor isə borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi iddiaçı zamin olaraq kreditor qarşısnda öhdəliyinə əməl edərək borc məbləğini tam şəkildə ödəmiş. Bu səbəbdən də o, hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehdən həmin məbləği tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından iş üçün mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3056,15 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3056,15 manat məbləğində pul və ödənilmiş 51 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1939/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1939/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver