Məhkəmə qərarları › İş №e-2(075)-1939/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1939/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1939/2023 03.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 950 AZN əsas və 152.70 AZN faiz olmaqla, cəmi 1102.70 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.43 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 11 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 03 oktyabr 2023-cü il tarixə, saat 12:20-ə təyin edilmişdir. Lakin 03 oktyabr 2023-cü il tarixdə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə elektron ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi geri qaytarılmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31.03 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X1 qaytarılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçı X1 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc" tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 31.03 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-nə qaytarılsın. İddiaçı "xxxx" ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar