Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1939/2025 15.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qalmış 6170.76 manat məbləğində əsas kredit borcunun, 334.69 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 29.59 manat məbləğində hesablanmış cərimə borcu olmaqla, cəmi 6535.04 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 85.36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2025-ci il tarixli Razılaşma müqaviləsinə əsasən cavabdeh X2 24 ay müddətinə illik 15.5 % dərəcəsi ilə 6400 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh ilə 43FİZAM213620801 saylı xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh X3 xx.xx.2025-ci il tarixində vəfat etmiş və müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum X3 ilə bağlı hər hansı vərəsəlik işi aşkar edilməmişdir. Digər cavabdeh onlarla bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əməl etmədiyindən dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 6170.76 manat məbləğində əsas kredit borcu, 334.69 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 29.59 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6535.04 manat məbləğində borc qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh hal-hazırda maddi imkanın zəif olduğunu və borcu ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 43240***-*******01L saylı Razılaşma müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 15.5 % ödəmək şərtilə 6400 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirsə də X3 öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı əsas, faiz və cərimə borcunun 3 iş günü müddətində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, cavabdehin həmin tarixə 6170.76 manat əsas məbləğ üzrə və 37.82 manat faiz borcu mövcuddur. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 470.1, 739.1, 739.2, 743.1, 746.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6170.76 manat əsas və 37.82 manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, borclu X3 xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən və həmin tarixə olan maliyyə arayışına əsasən borclunun hər hansı cərimə borcu olmadığından, onun ölmündən sonra müqaviləyə əsasən faiz və cərimə borcunun hesablanması qanunvericiliyə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun 82.08 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6170.76 (altı min yüz yetmiş manat yetmiş altı qəpik) manat əsas məbləğ üzrə, 37.82 (otuz yeddi manat səksən iki qəpik) manat faiz borcu olmaqla, cəmi 6208.58 (altı min iki yüz səkkiz manat əlli səkkiz qəpik) manat borc və 82.08 (səksən iki manat səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1939/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1939/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver