Məhkəmə qərarları › İş №e-2(075)-1942/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1942/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1942/2024 15.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh Aydin qızına qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5594.60 (beş min beş yüz doxsan dörd manat almış qəpik) manat əsas borc, 1031.71 (min otuz bir manat yetmiş bir qəpik) manat faiz borcu və 73.86 (yetmiş üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6700.17 (altı min yeddi yüz on yeddi qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87.41 (səksən yeddi manat qırx bir qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin "xxxx" KB ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC -nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KBASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 27% ödəmək şərtilə 5900 manat məbləğində kredit xətti açmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ciiltarixli ümumi ofertasıilə tanış olduğunu və onun bütün şərtləriilərazı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh Aydin qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh Aydin qızınun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh Aydin qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik illik 27% ödəmək şərtilə 5900 manat məbləğində kredit xətti açılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli ərizədən görünür ki, Cavabdeh Aydin qızı "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerlşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuş və onun bütün şərtləri ilə razı olduğunu bildirmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Aydin qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Aydin qızına banka olan bütün borc məbləğlərini 3 iş günü ərzində ödəməsi bildirilmişdir, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Aydin qızının 2271nkAHMb/23 nömrəli kredit müqaviləyə əsasən "xxxx" X1 Səhmdar Cəmiyyətinə 5594.60 (beş min beş yüz doxsan dörd manat almış qəpik) manat əsas borc, 1031.71 (min otuz bir manat yetmiş bir qəpik) manat faiz borcu və 73.86 (yetmiş üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6700.17 (altı min yeddi yüz on yeddi qəpik) manat borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh Aydin qızına kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh Aydin qızı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh Aydin qızından tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh Aydin qızından 5594.60 (beş min beş yüz doxsan dörd manat almış qəpik) manat əsas borc, 1031.71 (min otuz bir manat yetmiş bir qəpik) manat faiz borcu və 73.86 (yetmiş üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6700.17 (altı min yeddi yüz on yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 87.41 (səksən yeddi manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh Aydin qızından 5594.60 (beş min beş yüz doxsan dörd manat almış qəpik) manat əsas borc, 1031.71 (min otuz bir manat yetmiş bir qəpik) manat faiz borcu və 73.86 (yetmiş üç manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6700.17 (altı min yeddi yüz on yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 87.41 (səksən yeddi manat qırx bir qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar