Məhkəmə qərarları › İş №e-2(075)-1956/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1956/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1956/2022 25.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üşün 300 manat, cəmi 600 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(107)-1223/2016 saylı qətnaməsinə əsasən Cavabdeh alınıb ona verilməli olan aliment məbləği 100,00 manat sabit pul məbləğində olaraq, 2 uşaq üçün 200 manat miqdarında müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-745/2009 saylı, 14 iyul 2009-cu il tarixli əmrinə əsasən Fatimə və Ömərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 20 manat aliment müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)1882/2012 nömrəli, 05 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq, həray hər uşaq üçün 50 manat məbləğində müəyyən edllmişdir. 06 avqust 2022-ci il tarixdə keçirilmiş mediasiya prosesində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışverilmişdir. Bununla bağlı mediatora 50 manat dövlət rüsumu ödəmişdir. Hər uşaq üçün 100,00 manat aliment məbləği indiki zamana görə çox azdır, uşaqlara baxmaq üçün kifayət etmir. Günü-gündən övladlarının təlabatı artır. Belə ki, uşaq normal qaydada yeməli, müalicə olunmalı, ona palpaltar alınmalı, təhsili və uşağın dünyagörüşünün artırılması ilə bağlı zəruri hazırlıqlar görülməlidir. Bu il əvvəlki illərə nisbətən hər şeyin qiyməti qalxmışdır. Özü də heç yerdə işləmir və heç yerdən də qazancı yoxdur. Uşağın qayğısına qalmaq, təlim-tərbiyəsi ilə məşğul olmaq, uşağa baxmaq valideynlərin borcudur. Buna görə də məhkəmə qətnaməsi ilə ödənilməli olan alimentinn miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 19 sentyabr 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində onun yenidən ailə qurduğunu yeni ailəsindən 3 (üç) uşağının olmasını, artıq himayəsində yeni uşaqları olduğundan onların da qayğısına qalmaq borcunun əmələ gəldiyini qeyd etməmişdir. O 29 yanvar 2011-ci il tarixdə X8 ilə Şəki rayonu Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarndan 19 dekabr 2011-ci il tarixdə X6, 10 fevral 2014-cü il tarixdə X7 və 30 mart 2021-cu il tarixdə X10 adlı 3 (üç) övladları anadan olmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi onu ailə vəziyyəti dəyişmiş, və hazırda himayəsində arvadı və 3 (üç) övladı var. İddia ərizəsində qeyd edildiyi kimi, Şəki Apelyasiya Məhkəməsinin 30 sentyabr 2016-ci il tarixli 2(107)-1223/2016 nömrəli qətnaməsi ilə hər ay ödəməli olduğu alimentin miqdarı 100 manat müəyyən edilmişdir və keçən bir il ərzində onun maddi vəziyyətində hər-hansı yaxşılaşmanın olmasına dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə qətnamsəi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o yeni ailə həyatı qurmuş və yeni nikahından 3 (üç) qızı anadan olmuşdur. Hazırda o heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. X1 da Şəki- Zaqatala Regional Təhsil İdarəsinin Şəki şəhəri üzrə Təhsil sektorunda kiçik xidmətedici işçi vəzifəsində işləyir və hal-hazırda uşağının 3 (üç) yaşı bitənə qədər ödənişli sosial məzuniyyətdərir. Alimentin miqdarının artırılması onun himayəsində olan uşaqlarının və arvadının yaşayışına olduqca mənfi təsir göstərəcəkdir. İddiaçının isə himayəsində birgə nikahlarından anadan olmuş uşaqlarından başqa heç kim yoxdur. Halbu ki, iddiaçı ingilis dili müəlliməsidir və onun təhsili yaxşı işdə işləməsinə imkan verir. Onun isə heç bir təhsili yoxdur. Əgər iddiaçı heç bir yerdə işləmirsə deməli bu onun öz səhvidir və həqiqətən də iddiaçı uşağının qayğısına qalmaq istəyirsə uşağının mənafeyi naminə işləyər və uşağına daha yaxşı baxar. İddiaçı əgər işləmirsə deməli onun maddi durumu olduqca yaxşıdır və işləməyə ehtiyac duymur. Daha sonra iddiaçı alimentin artırılma əsası kimi uşağının yaxşı oxumasını və keyfiyyətli təhsil almasını istəməsini qeyd etmişdir. Azərbaycan Respublikasında 11 illlik orta təhsil tamamilə pulsuzdur və hər bir orta məktəbdə keyfiyyətli təhsil tədris olunur. Azərbaycan Respublikasında təhsil pulsuz olduğundan iddiaçının uşağın keyfiyyətli təhsil alması səbəbli alimentin miqdarının artırılması zərurətinin olması dəlili də göründüyü kimi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, işləmir. 300 manat məbləğində aliment verməyə imkanı yoxdur. Hal-hazırda yaşadığı evdə 7 nəfərdilər. Bugünə kimi bacardığı qədər köməklik etmişdir. Qazancı 300-400 manat aralığındaır. Bütün bunları nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(107)-1223/2016 saylı qətnaməsindən görünür ki, 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 mart 2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 dekabr 2006-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X4r. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 aprel 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 fevral 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X4r. 06 avqust 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 03 dekabr 2006-cı il tarixdə X5 və 11 fevral 2008-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş və Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(107)-1223/2016 saylı qətnaməsinə əsasən birgə nikahlarından anadan olmuş 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı, təyin olunmuş aliment məbləğinin uşaqların təlabatını ödəmək üçün kifayət etmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(107)-1223/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəki Apellyasiya Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(107)-1223/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, 280 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 03 dekabr 2006-cı il təvəllüdlü X5 və 11 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar