Məhkəmə qərarları › İş №e-2(075)-1958/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1958/2023

19.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1958/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus Şəki şəhəri, Şərbablar küçəsi 13 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması və ölmə işlərinin aparılması üzün zəruri şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Şərbablar küçəsi 13 saylı ünvanda yerləşən fərdi yaşayış evi mərhum babası, yəni anasının atası X4 məxsusdur. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O babasından qalan mirasa dair vərəsəlik işinin açılması üçün notraiat ofisinə müraciət etmiş və müraciəti əsasında vərəsəlik işi açılmışdır. Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək mərhum X2 adına olan hər hansı əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bu məqsədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri ölçmə işləri aparılması üçün sözügedən ünvana getsələr də, dayısı Cavabdeh1 ölçmə işlərinin aparılmasına maneələr yaratmış, mütəxəssisləri evə buraxmamışdır. Buna baxmayaraq digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi bu faktla bağlı heç bir hüquq mühafizə orqanına məlumat verməmiş, işinin icrasına yaradılan maneələrlə bağlı hər hansı tədbir görməmişdir. O sözügedən çıxarışı ala bilmədiyi üçün mülkiyyət hüququndan məhrum olur. Onun Cavabdeh1 qarşı payın naturada müəyyən edilərək bölünməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün zəruri hüquqi prosedurlar başlatmaq üçün hazırkı problem maneə yaradır. Lakin iddia ərizəsinin verildikdən sonra məhkəmənin görəcəyi digər zəruri prosessual tədbirləri kifayət qədər vaxt aldığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 06 iyul 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 3 X2 adına olan fərdi yaayış evinin torpaq sahəsi birgə daşınmaz dövlət reyestrində qeydiyyata alınması ilə barədə 09 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Mübahisə olduğundan və ölçü işlərinin aparılmasına maneəçilik törədildiyindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Torpaq Qeydindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır. 20 may 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 may 2017-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmədə işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, cavabdeh iddiaçının dayısıdır. İddiaçının babası mərhum X4 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayı evi İddiaçı və digər ailə üzvlərinə miras qalmışdır. İddiaçı babasına aid olan fərdi yaşayış evi üzərində öz payını rəsmiləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi və ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin Cavabdeh1 tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastr və X8 Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları həmin evə baxış keçirə bilməmişdir. İddiaçı miras payına dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və X8 Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasını istəyir. Lakin Cavabdeh1 sözü gedən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Kadastr və X8 Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparmalarına imkan vermir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı ünvan 5 ünvanında yerləşən mərhum X4 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə və ölçü işi aparmalarına Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və bu cür maneə onlara qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı ünvan 5 ünvanında yerləşən mərhum X4 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə və ölçü işi aparmalarına Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar