Məhkəmə qərarları › İş №e-2(075)-1958/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1958/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1958/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan iddiaçının xeyrinə 576 AZN əsas, 75.80 AZN faiz və 18.11 AZN cərimə borcu olmaqla, cəmi 669.91 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarasınız. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 02 avqust 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş və cavabdehə qanunla müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz göndərmək hüququ izah edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz etmək hüququnun olmasını, onun bu barədə məlumatlandırılmamasını nəzərə alaraq mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 17 oktyabr 2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. Lakin 25 sentyabr 2024-cü il tarixdə "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə elektron qaydada ərizə göndərərək, iddia ərizəsi baxılamdan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişdir. İddiaçı "xxxx" KB ASC-nin-nin nümayəndəsinin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün iddiaçı "xxxx" KB ASC-nin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3, 114.1.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün iddiaçı "xxxx" KB ASC-nin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" KB ASC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar